"Qalatasaray"ın prezidentindən kubok oyunu ilə bağlı - Açıqlama

img

05-04-2024 [20:18]


"Qalatasaray"ın prezidenti Dursun Özbek "Fənərbağça"nın  suoerkubok oyununa əsas deyil, U19 komandası ilə çıxacaqlarını və oyun bitməmiş isə meydanı tərk edəcəklərini bəyan etməsinə reaksiya verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, rəqiblərini sağlam düşüncəyə dəvət edib: "Bazar günkü matçda sağlam düşüncənin qalib gələcəyinə ümid edirəm. Axı bu, Cumhuriyyətin 100-cü ilinin Super Kubokudur. Üstəlik, biz burada zəlzələ qurbanlarnın yaxınları ilə də görüşəcəyik. Bazar günü oynanılacaq matçın Şanlıurfaya transfer edilməsinin səbəbi də bu idi. Bu oyundakı gəlir də zəlzələdən zərər çəkən vətəndaşlara veriləcək".

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR