Millinin 24 yaşlı futbolçusu əvvəl qaçırıldı, daha sonra güllələndi

img

05-04-2024 [09:47]


Cənubi Afrika futbolu yas içindədir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Cənubi Afrikanın futbol üzrə milli komandasının və “Kaiser Chiefs” klubunun 24 yaşlı oyunçusu Luke Fleurs güllələnərək öldürülüb.

Məlumata görə, futbolçu hadisə günü qaçırılıb: "Onu qaçıranlar küllü məbləğdə pul tələb ediblər. Lakin polisin onu xilas etmək üçün keçirdiyi əməliyyat zamanı futbolçu qaçırılan şəxslər tərəfindən güllələnərək öldürülüb...".

Xatırladaq ki, Flers sonuncu dəfə Tokioda keçirilən Olimpiya Oyunlarında Cənubi Afrikanı təmsil edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR