Tramp İsrailə xəbərdarlıq etdi, Baydeni aşağıladı: "Daha dayan!" - "Bizim bu axmaq prezidentə görə bütün dünya partlayır"

img

05-04-2024 [00:31]


"İsrail Qəzzaya hücumları dərhal dayandırmalıdır. Daha dayan, İsrail!".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu çağırışı ABŞ-ın keçmiş prezidenti Donald Tramp yerli radioya müsahibəsində səsləndirb.

Tramp  İsrailin 7 oktyabrdan bəri Qəzzaya hücumlarını və ABŞ prezidenti Co Baydenin bu savaşa baxışını tənqid edib: "Mən çox açıq şəkildə deyirəm: hücumları dayandrıın, sülhə qayıdın! İnsanları öldürməyi dayandırın! Nifrət etdiyim digər mqəam isə odur ki, davamlı olaraq hər gecə dağıdılan binanın görüntülərini qələbə sevinci kimi  yayımlayırlar. Belə yayım etməməlidirlər. Bu, İsrailin zərərinə işləyir. İsrail bununla PR müharibəsini də uduzur...”.

Tramp daha sonra ABŞ prezidenti Baydeni həm Qəzzadakı, həm Ukraynadakı müharibəyə görə günahlandırıb: “Bizim bu axmaq prezidentə görə bütün dünya partlayır. Əgər siz tarixin ən pis 10 prezidentini toplasanız, bu adamın (Baydeni nəzərdə tutur - mia.az) ölkəmizə vurduğu zərəri onlar edə bilməzdilər...".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR