BMT Baş katibi: "İsrailin humanitar yardım təşkilatının işçilərini vurması vicdansızlıqdır"

img

02-04-2024 [23:56]


"İsrailin humanitar yardım təşkilatının işçilərini vurması vicdansızlıqdır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri BMT baş katibi Antonio Quterres İsrailin Qəzzada "World Central Kitchen" (WCK) humanitar təşkilatının üzvlərini vurmasına münasibətdə deyib.

Baş katib baş verən hadisəni dəhşətli faciə sayıb: "Bu, faciədir. Humanitar yardım işçiləri və mülki şəxslər heç vaxt hədəf olmamalıdır"

Xatırladaq ki, İsrailin hücumu nəticəsində dünən Qəzzanın Deyr əl-Belah bölgəsində "World Center Kitchen"in 7 əməkdaşı həlak olub.

Samir Musayev

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA