Vilayət Eyvazov daha 24 qazini polisə işə götürüb - FOTO

img

02-04-2024 [18:42]


Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 2-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Mia.az xəbər verir ki, sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 205 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 24 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR