İdarə rəisi, mərkəz rəhbəri... - Kəmaləddin Heydərov onları vəzifədən azad elədi, yeni təyinatlar imzaladı

İdarə rəisi, mərkəz rəhbəri... - Kəmaləddin Heydərov onları vəzifədən azad elədi, yeni təyinatlar imzaladı

CƏMİYYƏT

02.04.2024, 15:31

Fövqəladə Hallar Nazirliyində (FHN) yeni təyinatlar olub.

Bununla bağlı nazir Kəmaləddin Heydərov müvafiq əmrlər imzalayıb.

Nazirin əmrinə əsasən, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəisi polkovnik-leytenant Kənan Aşurov vəzifəsindən azad edilərək nazirliyin Baş idarəsində yeni vəzifəyə təyin olunub.

Digər əmrlə isə FHN-in Şimal-Qərb Rəgional Mərkəzinin rəisi polkovnik-leytenant Elnur Məhərrəmov vəzifəsindən azad olunaraq Gəncə Regional Mərkəzinin rəisi təyin edilib.

FHN-in Gəncə Regional Mərkəzinin rəis müavini mayor Ramin Orucov da vəzifəsindən azad olunaraq, Aran Regional Mərkəzinin rəisi təyin edilib.

Bundan əlavə, FHN-in Şimal-Qərb Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışan polkovnik-leytenant Ceyhun Babayev sözügedən mərkəzin rəisi təyin olunub(Qafqazinfo).

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR