İSRAİLDƏN İRAN KONSULLUĞUNA F-35-lərlə QƏFİL ZƏRBƏ: İran və livanlı generallar öldürülüb - Tehrandan əsk zərbə xəbərdarlığı gecikmədi

img

02-04-2024 [00:12]


İsrail İranın Dəməşqdəki konsulluğunun binasına hava zərbəsi endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  bu barədə yayılan məlumatı İranın "Təsnim" xəbər agentliyi təsdiqləyib.

Bildirilib ki, hadisə zamanı binada həlak olan 7 nəfərin arasında İnqilab Keşikçiləri Ordusunun briqada generalı Məhəmməd Rza Zahidi ilə yanaşı, livanlı general Mühammed Hacı Rahimi də olub.

İlkin məlumata görə, zərbə zamanı İran və Livan hərbçiləri arasında görüş keçirilirmiş.

İRNA-nın məlumatına görə, İsrail F-35 döyüş təyyarələrindən atılan 6 raketlə konsulluq binasını vurub.

Suriyanın SANA agentliyi də fakti təsdiqləyib: "Havadan müdafiə sistemləri düşmən raketlərinin bir qismini havada zərərsizləşdrsə də, bir neçə raket konsulluğa dəyiub. Nəticədə ölən və yaralananlar var. Hücum zamanı İranın Dəməşqdəki konsulluğuna və ətrafdakı binalara da ciddi ziyan dəyib".

İranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri hadisədən sonra İsrailə xəbərdarlıq edib: "İsrail İranın Dəməşqdəki konsulluğunun binasına hava hücumuna sürətli, birbaşa və sərt cavabı tezliklə alacaq".

Səfir hücum zamanı aralarında diplomat və hərbi müşavirlərin də həlak olduğunu bildirib.

Rəsmi Tel-Əviv isə bütün ölkələrdəki diplomatik korpuslarına "tədbirli olun" tapşırığını verib.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR