"Azəriqaz"ın keçmiş rəhbərinə yeni vəzifə verildi, İctimai Şura üzvü isə... - "Onlar dostlarını, qohumlarını və yaxınlarını məsul vəzifələrə təyin edib"

img

01-04-2024 [17:55]


Xəbər verdiyimiz kimi, “Azəriqaz” İstehsalat Birliyinin sabiq baş direktoru Ruslan Əliyevə "Azərenerji" ASC-də yeni vəzifə verilib. 

Mia.az xəbər verir ki, Ruslan Əliyev "Azərenerji" ASC-nin departament direktoru təyin edilib.

Mia.az-ın çməlumatına görə, Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya həm bu, həm də "Azəriqaz" İctimai Şura üzvü oarkən qarşılaşdığı faktlardan söz açıb: “Ruslan Əliyevin baş direktor olduğu dönəmdə mən “Azəriqaz” İB yanında İctimai Şuranın üzvü olmuşam. Həmin müddətdə mənə müraciətlər olurdu. Müraciət edənlərin çoxu uzun müddət “Azəriqaz”da aşağı vəzifədə və cüzi maaşla işləyən insanlar idi. Bu müraciətlərlə bağlı mən dəfələrlə sabiq baş direktora fikir və irad bildirmişəm. Demişəm ki, bəzi ixtisaslı və ali təhsilli insanlar qurumda fəhlə kimi çalışır. Bu məsələyə diqqət ayırın. Lakin mənim heç bir təklifim, müraciətim və iradım eşidilmədi. Baxmayaraq ki, mənə müraciət edənlərin heç biri ilə əvvəllər münasibətdə olmamışdım. Sadəcə İctimai Şuranın üzvü olduğum üçün gəlib məni tapmışdılar, dərdlərini mənə demişdilər.  şura üzvünün heç bir müracətini diqqətə almayan Ruslan Əliyev indi məlum olur ki, bütün dostlarını, qohumlarını və yaxınlarını “Azəriqaz”da məsul vəzifələrə təyin edib. Həmin kadrlar çox bu gün də vəzifə başındadırlar”. 

Onu da bildirək ki,  xəbər saytlarında baş direktorun müavini Cahid Hüseynovun “Azəriqaz”da yüksək vəzifə tutan qohumlarının siyahısı dərc edilib. Həmin siyahıda Cahid Hüseynovun həmyerliləri, qardaşı oğlu, əmisi oğlu, dayısı oğlu, xalası uşaqları və digərləri var.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR