Məhkəmələrə 32 hakim təyin edilir
01-04-2024 [17:17]
Aprelin 1-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.
Mia.az xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli gündəliyə Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, M.K.Həsənovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi, Şəki Apellyasiya Məhkəməsinin hakimlərinin təyin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında 7 məsələnin daxil edildiyini bildirib.
Qeyd olunub ki, bu məsələlər ölkə Prezidentinin təqdimatı əsasında müzakirəyə çıxarılıb.
Sonra iclasda çıxış edən Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Məhkəmə-Hüquq Şurası tərəfindən və məhkəmə sistemində görülən işlər barədə söhbət açıb. O, məhkəmə-hüquq sistemində islahatların davamlı olaraq həyata keçirildiyini, Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanı ilə bu sahədə yeni mərhələnin başlandığını bildirib. Qeyd olunub ki, həmin sənədə əsasən, müəyyən edilmiş istiqamətlər üzrə Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə, məhkəmə hakimiyyəti tərəfindən müvafiq tədbirlər görülür. Həmçinin Milli Məclisin məhkəmə-hüquq sahəsində aparılan islahatların həyata keçirilməsi üçün qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində atdığı addımlardan da bəhs edilib.
Çingiz Əsgərov Məhkəmə-Hüquq Şurasının tərkibinin yenidən formalaşdırıldığını, yeni tərkibin Şuranın fəaliyyətinin gücləndirilməsi və məhkəmə hakimiyyətinin inkişafı istiqamətində gördüyü işlərdən danışıb. O, habelə, hakimlərin təyin edilməsi proseduru, onların peşəkarlığının artırılması, sayının çoxaldılması, məhkəmə icraatının səmərəliliyinin, qərarların keyfiyyətinin yüksəldilməsi barədə fikirlərini açıqlayıb.
Diqqətə çatdırılıb ki, Məhkəmə-Hüquq Şurası və Ali Məhkəmə tərəfindən “Elektron məhkəmə” informasiya sisteminin daha da genişləndirilməsinə xüsusi diqqət yetirilir. Ölkənin bütün məhkəmələri “Elektron məhkəmə” sisteminə qoşulub, elektron kabinet vasitəsi ilə məhkəmə icraatı təşviq olunur.
Bildirilib ki, hakimlərin vəzifələrində irəli çəkilməsi ilə bağlı bir sıra meyarlar müəyyən edilib. Bu gün namizədlikləri irəli sürülmüş hakimlərin peşəkarlığı, iş təcrübəsi nəzərə alınaraq, ümumilikdə 32 hakimlə bağlı məsələlər müzakirəyə təqdim olunur. Onlardan 2 nəfərin Apellyasiya məhkəmələrinin hakimi vəzifəsindən azad edilərək Ali Məhkəmənin hakimləri təyin olunması, 1 nəfərin Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi, 21 nəfərin birinci instansiya məhkəmələrindən azad edilərək Apellyasiya məhkəmələrinə hakim təyin edilməsi, 6 nəfərin Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək birinci instansiya məhkəmələrinə hakim təyin edilməsi, 2 nəfərin isə yerinin dəyişdirilərək bir Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək digər Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi təklif olunur.
İclasda çıxış edən komitənin sədr müavini Qüdrət Həsənquliyev, üzvləri Nizami Səfərov, Fəzail Ağamalı, Bəhruz Məhərrəmov, Elşən Musayev, Azay Quliyev, Vüqar İskəndərov, Tahir Kərimli ölkəmizdə məhkəmə-hüquq sisteminin fəaliyyəti ilə bağlı fikirlərini açıqlayıblar, qeyd və təkliflərini səsləndiriblər. Çıxışlarda məhkəmələrin işinin müasir dövrün tələblərinə uyğun qurulmasının, onların fəaliyyətində şəffaflıq prinsiplərinə əməl olunmasının, məhkəmə qərarlarının icra mexanizmlərinin təkmilləşdirilməsinin əhəmiyyətindən söhbət açılıb. Deputatlar namizədlikləri təqdim olunmuş şəxslərin iş təcrübələri, mənəvi keyfiyyətləri barədə danışıblar.
Sonra komitə sədri Əli Hüseynli çıxış edərək Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin yeni qanunvericilik bazasının əsasında qurulduğunu söyləyib. Bildirilib ki, ölkə Prezidentinin 2019-cu ildə imzaladığı müvafiq Fərmanı ilə məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi, bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsi, Məhkəmə-Hüquq Şurasının yeni tərkibinin formalaşdırılması bu sahədə fəaliyyətin səmərəliliyinin daha da artırılmasına öz töhfəsini verəcək. Komitə sədri hakimlərin təyinatı ilə bağlı məsələyə toxunaraq, yuxarı instansiya məhkəməsinə daha təcrübəli, peşəkar hakimlərin irəli sürülməsinin önəmindən bəhs edib.
İclasda Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov, Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Kərəm Mansurov səsləndirilən fikirlərə münasibət bildiriblər, qaldırılan məsələlərə aydınlıq gətiriblər.
Müzakirələrin sonunda gündəlikdəki yeddi məsələnin hamısı Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda komitə üzvləri Əminə Ağazadə, Sabir Hacıyev, Nurlan Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.
Bu gün Əfv Məsələləri Komissiyası toplanır - 100-dən çox müraciətə baxılacağı gözlənilir
Ədliyyə Nazirliyi Fikrət Məmmədovun kadrlarından "təmizlənir" - Nazir Fərid Əhmədov öz komandasını fortmalaşdırır (Yenilənib)
Türkiyədə daha bir mafiya çökəldildi - Lideri həbs olunub
Bu gün Prezident Ərdoğan CHP liderini qəbul edəcək
GƏLƏN AY ÖLKƏDƏ NEÇƏ GÜN RƏSMİ İŞ OLMAYACAQ? - Qərar
Azərbaycan nefti 2.5 dollar ucuzlaşdı
Braziliyada güclü sel: 8 nəfər ölüb, 21 nəfər itkin düşüb
Çempionlar Liqası: alman komandası PSJ-ni devirdi
AVRO-2024: məşhur qapıçı "ofsayd"da saxlanıldı
Blinken Qəzza ilə İsrail arasındakı sərhəd qapısı ilə yəhudi qəsəbəsini ziyarət edib - FOTO
Paşinyan: "Delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır" - "Sərhəddə Müdafiə Nazirliyinin postları olmayacaq"
TFF-dən seçki açıqlaması: "İstəsələr belə, xeyri yoxdur" - "60 gündən tez seçki ola bilməz"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FED yeni qərarını açıqladı
İsrail ordusu Nusayrat düşərgəsinə hücum edib - 1 ölü, 5 yaralı var
Lənkəran Regional Elmi Mərkəzində “Şəkinin ədəbi-mədəni mühiti və folklor” mövzusunda tədbir keçirilib - FOTOLAR
İşə düzəltmə və... - İcra başçısının adı sensasion məhkəmə işində hallandı: "134 mini və 20 min manatı ona verdim..."
Qazaxıstanda Azərbaycan və Ermənistan arasında danışıqları keçiriləcək - Tokayev anons verdi
Məhkəmə Qubad İbadoğlu haqqında daha bir qərar verdi
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib
Yeni nazirdən növbəti dəyişiklik - İdarə rəisi vəzifədən azad edildi, "İstintaq"ın rəis müavininə yüksək vəzifə verildi
Netanyahu yenə meydan oxudu: "Ora girəcəyik, başqa yolumuz yoxdur" - "Məhkəmənin qərarı bizim üçün yox hökmündədir"
Silahlı şəxs saxlanılıb - Hədə-qorxu gəldiyi üçün
Xankəndidə silah-sursat aşkarlanıb
Könül Mehtiyeva Avropa çempionatının finalına təyinat alıb
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: İlham Əliyev çıxış edib (TAM MƏTN, FOTOLAR)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş direktor, müavini və şöbə müdiri... - Səhiyyə sahəsində yeni əməliyyat olub, saxlanılanlar var (ADLAR, Yenilənib
Bakının Nizami rayonunda dərəbəylikdir - İcra Hakimiyyətindən xəbərə reaksiya (FOTOLAR, YENİLƏNİB)
Prezident İlham Əliyev Zuhair Əlhartini ilə görüşüb (Yenilənib)
Türkiyədə 1 Mayla bağlı gərginlik: aksiyaçılarla polis toqquşdu, yaralılar var - FOTOLAR
İYİ Partiyada təhvil-təslim oldu - Akşener siyasətlə vidalaşıb
Türkiyə ordusu İraqda daha iki terrorçunu zərərsizləşdirib
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib -FOTO
İlham Əliyev TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib (Yenilənib)
Kəlbəcərdə qəza: Türkiyə vətəndaşı ölüb
Ceyhun Bayramov UNESCO rəsmisi ilə müzakirə aparıb
İsrail prezidenti Blinkendən məhkəmə işinə görə kömək istədi - Dövlət katibi isə HƏMAS-ı günahlandırdı
İordan çayının qərb sahilində daha 20 fələstinli həbs olunub