Xankəndidə yenə silah-sursat tapılıb

img

01-04-2024 [18:00]


Xankəndidə yenə silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, keçirilən tədbirlərlə martın 30-da və 31-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 2 tüfəng, 4 qumbara, 2 qumbaraatan, 5 süngü bıçaq 1 alışdırıcı, 75 patron darağı, 1870 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Həmçinin, martın 30 və 31-də polis əməkdaşlarının ölkə ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tapança, 2 patron darağı və 37 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR