"UMİCO"nun zay məhsulları və ya jurnalistə necə "atıblar" - "Yeganə məqsədləri belə məhsulları soxuşdurub pul qazanmaqdır" - FOTOLAR
31-03-2024 [14:19]
"Azərbaycanda online alış-veriş edirsinizsə, heç vaxt öncədən ödəniş etməyin. Məhsulu əldə etdikdən sonra yoxlayın, sonra ödəniş edin. Çünki bizim iş adamları ticarətlə deyil, alverlə məşğul olurlar və yeganə məqsədləri zay məhsulları soxuşdurub pul qazanmaqdır. İndi sizə bunu faktlarla və müqayisəli şəkildə izah edəcəm".
Mia.az xəbər verir ki, bu sözləri sosial media hesabında tanınmış jurnalist Zülfüqar Xeyirxəbər yazıb.
O bildirib ki, ötən həftə "Trendyol"dan smart saat sifariş verib:
ZÜLFÜQAR XEYİRXƏBƏR
"Məhsul xarab gəldi. Həm "Trendyol"a müraciət etdim, həm satıcıya. Hər ikisi üzrxahlıq edib dəymiş zərəri qarşılayacaqlarını bildirdilər və dərhal da geri ödəniş etdilər. Bu türklərin ticarət mədəniyyəti.
İndi keçək bizimkilərə. Həftənin 5-ci günü "Umico"dan avtomobil tozsoranı sifariş verdim. Məhsul bu gün gəldi. Kuryer uzaqlaşmamış məhsulu açıb yoxladım, həm xarici zədə vardı, gövdəsi sınıq idi, həm də işləmirdi. Kuryerə bildirdim ki, məhsuldan imtina edirəm. Dirəşib ki, yox eyy, biz bunu qəbul edə bilmərik, sən satıcıya zəng elə. Satıcıya zəng edirəm (4Connection.4Baglanti), deyir "bizlik deyil, biz satılan məhsulu qaytarmırıq. Biz məhsulu salamat vermişik, UMİCO sındırıb". Tipik alverçi xisləti...
UMİCO-ya zəng edib vəziyyəti izah edirəm, bildirirəm ki, məhsulu qəbul etmirəm, sifarişi ləğv edin və ödənişimi qaytarın. Anlayışla qarşıladılar, sifarişi ləğv etdilər və bildirdilər ki, yarım saat ərzində ödənişiniz kartınıza qaytarılacaq. Bura qədər əla, amma 3 saatdan çox vaxt keçib, ödənişi qaytarmaq əvəzinə, həmin məhsula görə ikinci dəfə kartımdan 56.12 AZN pul çıxdılar. Ümumilikdə 112,24 AZN. Əvəzində isə sistemə 3 manatlıq çek yerləşdiriblər".
Jurnalst yazır ki, yenidən UMİCO-ya müraciət edib: "Dəstəyi götürən xanım deyir, hər iki ödənişiniz qaytarılacaq. Deyirəm bunu başa düşdüm, gec-tez qaytaracaqsız, amma mənə izah edin görüm ləğv edilmiş məhsulun pulunu qaytarmaq əvəzinə, niyə ikinci dəfə kartdan vəsait çıxırsız?! İzah edə bilmir, sadəcə deyir ki, yarım saat ərzində kartınıza geri qaytarılacaq. Həmin yarım saatdan da 2 saat keçib, heç bir dəyişiklik yoxdur.
Qeyd edim ki, bir ilə yaxındır UMİCO-nun müştərisiyəm, heç vaxt belə hal ilə üzləşməmişəm. Ümid edirəm ki, online mağazanın rəhbərliyi müştəri yığdıqdan sonra tipik alverçi prinsipinə keçməyib".
Z.Xeyirxəbər daha sonra xəbərdarlıq edib: "Ayrıca olaraq, "Umico"ya da məsləhətim odur ki, dələduzlarla və alverçilərilə partnyorluq etməyin! Xüsusilə də 4connectionla. Onlarla bağlı bəzi araşdırma apardım. Aldığım məlumata görə, bunlar işlərini Azərbaycan qanunverciliyi ilə deyil, şəriət qaydaları ilə idarə edirlər. Yəqin ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Təbriz küçəsi-2 ünvanında yerləşən həmin mağaza ilə bağlı müəyyən yoxlamalar aparıb ölçü götürəcək. Mən belə başa düşdüm ki, 4connection məhsulun qiyməti haqqında UMİCO-ya heç bir çek təqdim etməyib. Yoxsa nəyə görə UMİCO sadəcə sistemə məhsulun deyil, xidmət haqqının çekini yerləşdirir? Yəni bildiyin vergidən yayınma.
Vergilər Nazirliyi həmin mağazaya baş çəksə yəqin daha çox faktlar aşkar olunar".
İddialarla bağlı UMİCO jurnalistə belə cavab verib: "Hər vaxtınız xeyir olsun! Hörmətli müştəri, bu cür hal ilə qarşılaşdığınız üçün üzr istəyirik. Zəhmət olmasa bu məsələni araşdıra bilməyimiz üçün, aktiv nömrənizi bizə şəxsi bölümdə qeyd edə bilərsinizmi?".
Onu da qeyd edək ki, bu paylaşıma narazı digər müştərilər də yazıb.
Əhməd
MİA.AZ
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR