TÜRKİYƏDƏ SEÇKİ: İstanbul, Ankara, İzmir... - Ərdoğanın partiyası uduzur, CHP tarixi qələbə qazanır (CANLI YAYIM) -YENİLƏNİR
01-04-2024 [08:02]
Türkiyədə 31 martda keçirilən seçkilərdə səsvermə başa çatıb.
Mia.az xəbər verir ki, Bakı vaxtilə saat 18.00-da bütün ölkə boyu keçirilən seçki yekunlaşıb.
Artıq səslərin sayılmasına başlanılıb.
İlkin məlumata görə, CHP gözlənilənlərin əksinə ötən prezident və parlament seçkilərindən sonra ciddi toparlanıb. Belə ki, ana müxalifər partiyası hazırkı nəticələrə görə, İstanbul, Ankara, İzmir, Balikesir, Muğla, Antalya, Manisa və sair iri şəhər daxil olmaqla, ümumilikdə 35 şəhəri qazanıb.
Ərdoğanın lideri olduğu AKP isə 25 şəhərdə öndə olub.
CHP bununla da 1989-cu ildən bu yana ilk dəfə belə tarixi uğura imza atıb.
Belə ki, Əkrəm İmamoğlu İstanbuldan 50,43, onun rəqibi Murat Kurum isə 41,00 səs toplayıb.
Ankaradan isə Mənsur Yavaş AKP-li namizədə böyük üstünlüklə qalib gəlir - 58.92 qarşı 33.14.
İzmirdən də CHP-li namizəd Cəmil Tuğay 48.26 faiz səs yığıb, rəqibi AKP-li Həmzə Dağ isə 37.08 səslə onu izləyir...
Onu da qeyd edək ki, bu seçkidə Nəcməddin Erbakanın oğlu Fatih Erbakan və partiyası - Yenidən Refah AKP seçicilərini "yeyib". Hətta Şanlıurfa və Yozqatı AKP-dən alıb...
99.82 faiz sayılan səslərə görə, Türkiyə üzrə CHP 37.74 faiz, Ərdoğanın lideri olduğu AKP isə 35.49 səs toplayıb.
Yenidən Refah Partiyası isə 6.19 faiz səslə Türkiyəin üçüncü güclü partiyası ünvanına sahiblənib.
Siyasi karyerası ziqzaqlarla dolu olan Meral Akşenerin lideri olduğu İYİ partiya isə gözlənldiyi kimi uğursuzluqla üzləşib.
***
Bu gün Türkiyədə keçirilən bələdiyyə seçkilərində 32 şəhər üzrə səsvermə başa çatıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 32 şəhərdə yerli vaxtla saat 07.00-da başlayıb və saat 16.00-da başa çatıb. Qalan 49 ş\əhərdə isə səsvermə saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq.
Bel\əliklə, Adıyaman, Ağrı, Artvin, Bingöl, Bitlis, Diyarbəkir, Elazığ, Ərzincan, Ərzurum, Antep, Giresun, Gümüşhane, Hakkari, Qars, Malatya, Maraş, Mardin, Muş, Ordu, Rize, Siirt, Sivas, Trabzon, Tunceli, Urfa, Van, Bayburt, Batman, Şırnak, Ardahan, İğdır və Kilisdə seçki məntəqələri bağlanıb.
İstanbul, Ankara və İzmir də daxil olmaqla digər 49 şəhərdə isə səsvermə hələ davam edir.
Xatırladaq ki, səsvermədə 61 milyon 441 min 882 seçici təxminən 208 min seçki qutusunda səs verir.
***
Bu gün Türkiyədə bələdiyyə seçkiləridir.
Mia.az xəbər verir ki, əsas diqqət böyük şəhərlərə - İstanbul, ankara, İzmir, Konya, Bursa və digər şəhərlər yönəlib.
Bu şəhərlərdə əsas rəqabət hakim AKP ilə ana müxalifət partiyası olan CHP-nin namizədləri aarsında gedəcək.
Zülfiyyə
MİA.AZ
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub