Avropada Türkiyə səfirliklərinə hücum... - Rəsmi Ankara Belçika və Almaniyaya xəbərdarlıq elədi

img

27-03-2024 [14:10]


Avropada yaşayan PKK tərəfdarlarının Belçika və Almaniyanın Hannover şəhərində Türkiyənin diplomatik korpuslarına hücumu rəsmi Anbkaranı ayağa qaldıırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən açıqlama verilib. 

Nazirlik terror təşkilatının son əməliyatlarla küncə sıxışdırıldığını bəyan edərək, diplomatik korpuslara hücumu bununla əlaqələndirib: "Martın 26-na keçən gecə PKK terror təşkilatı tərəfdarlarının Hannoverdə Baş Konsulluğunun giriş qapısına hücum edib. Hücumdan sonra Almaniya rəsmiləri ilə əlaqə saxlanılıb və Almaniya rəsmilərinin vətəndaşlarımızın və diplomatik nümayəndəliklərimizin təhlükəsizliyinə cavabdeh olduqları, Avropadakı türk icmasını təxribata yönəlmiş hərəkətlərə yol verməmələri xatırladılıb. Görünən odur ki, küncə sıxışdırılmış terror təşkilatı PKK-nın Avropadakı türk icmasını narahat etməyə yönəlmiş hərəkətləri artmaqdadır. Vətəndaşlarımızın sağlam düşüncəsi sayəsində bu təxribatlar daha böyük hadisələrə çevrilmədi. Müvafiq ölkələrdən gözləntimiz terror təşkilatı tərəfdarlarının hərəkətlərinə icazə verilməməsi və hücum edənlərin tez bir zamanda məsuliyyətə cəlb olunmasıdır”.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR