66 yaşlı qadın öldürülüb - Prokurorluqdan açıqlama

img

23-03-2024 [13:40]


Xaçmaz Rayon Prokurorluğu martın 21-də rayon ərazisində 1958-ci il təvəllüdlü Safura Balacayevanın öldürülməsi ilə bağlı şübhəli şəxs qismində Tofiq Balacayevi saxlayıb.

Prokurorluqdan Mia.az-a bildirilib ki, Xaçmaz rayon sakini olan Safura Balacayevanın üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkar edilib: "Xaçmaz rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlər əsasında birgə keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Tofiq Balacayevin aralarında yaranmış mübahisə zamanı qohumu Safura Balacayevaya küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Tofiq Balacayev şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır".


Digər xəbərlər
SON XƏBƏRLƏR