MOSKVADA KONSERTDƏ AVTOMATLI ŞƏXSLƏR DƏHŞƏT SAÇDI: 137 nəfər ölüb, yaralılar və həbs olunanlar var - Açıqlamalar (VİDEO) - Yenilənib
24-03-2024 [18:54]
Martın 22-də Rusiyanın Moskva oblastının Krasnoqorsk şəhərində yerləşən “Krokus Siti Holl”da insanlara atəş açılıb.
Bu barədə “Ostorojno, novosti”, “Baza” və “Mash” teleqram kanalları bildirib.
"Baza"nın məlumatına görə, hadisə nəticəsində 12 nəfər ölüb, 35 nəfər yaralanıb.
Şahidlərin sözlərinə görə, naməlum şəxslər avtomat silahdan insanlara atəş açmağa başlayıb. Hazırda ərazidə genişmiqyaslı yanğın başlayıb.
***
Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında baş vermiş terror aktı nəticəsində yaralananlar sayı 130-a çatıb, 40 nəfər ölüb.
Bu barədə “112” teleqram kanalı bildirib(Report).
***
Krokus siti holl”da baş verənlər qanlı terror aktıdır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarov söyləyib.
Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinə müxtəlif ölkələrdən sadə vətəndaşlar tərəfindən konsert zalında baş vermiş faciə ilə bağlı başsağlığı verən zənglər daxil olur.
***
Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərinin “Krokus siti holl” konsert zalında baş vermiş terror aktından sonra güc strukturları əraziyə basqın həyata keçirirlər.
Bu barədə “Shot” teleqram kanalı bildirib.
“VÇK-OQPU” teleqram kanalına görə, xüsusi təyinatlıların artıq üçüncü qrupu binaya daxil olub. Binada girovların olması istisna edilmir. Eyni zamanda, "Baza"ya görə, hadisəni törətmiş şəxslərdən dördü hadisə yerindən qaça bilib(Report).
***
"Rusiyanın Moskva vilayətində baş vermiş terror aktı ilə bağlı əlaqəmiz yoxdur".
Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak sosial media hesabında qısa açqılama verib: “Ukrayna heç vaxt terror metodlarına müraciət etməyib. Bu, həmişə mənasızdır. Rusiya Ukrayna ilə müharibədə terror hücumlarına müraciət edir, hətta keçmişdə “antiterror tədbirləri” adı altında “öz vətəndaşlarına həmlələr edib”.
***
Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş terror aktında 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimai əlaqələr mərkəzi bildirib.
***
Son məlumata görə, terror aktının məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürüb.
***
Moskva vilayətində “Krokus siti holl”dakı terror aktında şübhəli bilinən iki nəfər saxlanılıb. Onlar Bryansk vilayətində ələ keçirilib.
Bu barədə Rusiya KİV-i məlumat yayıb.
Qeyd olunub ki, cinayətkarların olduğu ehtimal edilən avtomobil Belarus və Ukrayna ilə sərhəddən bir neçə kilometr aralıda, Teplı kəndi yaxınlığında saxlanılıb. İlkin məlumatlara görə, avtomobildə 6 nəfər olub. Onlardan 2-si saxlanılıb, 4-ü isə qaçıb.
Saxlanılanlar Tacikistan vətəndaşlarıdır. Onların terror aktında əli olub-olmadığı dəqiqləşdirilir.
Daha 4 nəfər axtarılır(Report).
***
Moskva vilayətində “Krokus siti holl”da baş vermiş terror aktında ölənlərin sayı 82-ə çatıb.
Bu barədə “112” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, onlardan 3-ü uşaqdır.
Yaralananların sayının isə 147-yə yüksəldiyi xəbəri yayılıb.
***
Moskva vilayətində "Crocus City Hall"da baş vermiş terror aktı ilə əlaqədər 11 nəfər saxlanılıb.
Bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti ölkə Prezidenti Vladimir Putinə məlumat verib.
Qeyd olunub ki, onlardan 4-ü terrorçudur(Report).
***
Rusiyada baş verənterror aktında ölənlərin sayı 93-ə çatıb.
Mia.az NTV-yə istinadla xəbər verir ki, bu barədə Kremmlı açıqlama yaylb.
Qeyd olunub ki, konsert zalında terror törədənlərın Ukrayna tərəfi ilə əlaqələri olub: "Onlar hadisədən sonra Ukrayna tərəfinə qaçmağa can atıblar...".
***
"Crocus City Hall"dakı baş vermiş terror aktında ölənlərin sayı 150-yə çatıb.
Mia.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
***
Martın 22-də "Crocus City Hall” konsert zalında baş vermiş terror aktında ölənlərin sayı dıəqiqləşib.
Mia.az xəbər verir ki, martın 24-nə olan son rəsmi məlumata görə, 137 nəfər hadisə nəticəsində həyatı ilə vidalaşıb: "Hadisə yerində tanınmaz halda olan 62 nəfərin meyitinin şəxsiyyəti müəyyənləşib”.
Səhiyyə Nazirliyinin açıqladığı son məlumata görə isə 180 nəfər yaralanılb: "Onlardan 142-si xəstəxanaya yerləşdirilib...".
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub