Trendyol Bakıda keçirilən xeyriyyə yarmarkasına qatılıb - FOTOLAR

img

22-03-2024 [16:42]


Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən yaxşı platformalarından biri olan “Trendyol”, Bakıda keçirilən ənənəvi “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkasında iştirak edir.

Mia.az xəbər verir ki, “Nargis” Fondunun Novruz bayramı münasibətilə təşkil etdiyi xeyriyyə yarmarkası uşaqlara dəstək məqsədilə müxtəlif şirkət və təşkilatları bir araya gətirir.

Şəhərin mərkəzində yerləşən “Trendyol” stendində tədbirin bayram ab-havasına töhfə verən müxtəlif əyləncələr təşkil olunur. Bundan əlavə, “Trendyol” hər gün öz stendində Bakı sakinləri üçün maraqlı oyunlar və yarışlar keçirir. Bu oyunların və müsabiqələrin qalibləri “Trendyol” platformasından sevimli məhsullarini almaq üçün endirim kuponları əldə edir. 

“Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkası martın sonuna kimi davam edəcək. “Nargis” Fondu tədbir sponsorlarının maliyyə dəstəyini və burada qurulan evlərin icarə haqqından toplanan vəsaiti müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinə sərf edəcək.

“Trendyol” xidmət göstərdiyini icmalarda müsbət təsir yaratmaq missiyasına sadiq qalır.

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR