Məktəblərdə dərslər nə vaxt başlayacaq? - Açıqlama

img

19-03-2024 [15:07]


Beş günlük qrafiklə işləyən təhsil müəssisələrində tətildən sonrakı ilk dərs günü açıqlanıb.

Mia.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, 5 günlük qrafikdə ilk iş günü 27 martda, altı günlük qrafiklə işləyən məktəblərdə isə ilk iş günü 26 martda olacaq.

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı müəyyən edilib. 5 günlük iş həftəsində çalışan əməkdaşlar üçün 23 və 24 mart tarixləri həftələrarası istirahət günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq 25 və 26 mart da qeyri-iş günləridir.


Digər xəbərlər
SON XƏBƏRLƏR