Ərdoğan Putinə zəng edib: "Vasitəçiliyə hazırıq"

img

18-03-2024 [22:57]


Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, telefon zəngində Ərdoğan Putini seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.

Məlumata görə, Ərdoğan Türkiyə-Rusiya münasibətlərindəki müsbət kursun yeni dövrdə getdikcə daha da güclənəcəyinə inandığını ifadə edib.

Türkiyə lideri ölkəsinin Ukrayna ilə Rusiya arasında yenidən vasitəçilik etməyə hazır olduqlarını təkrarlayıb.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR