FRANSA PREZİDENTİ PUTİNƏ MEYDAN OXUDU: "Rusiya nüvə silahı olan orta ölçülü gücüdür, gözümüzdə böyütməyək"

img

18-03-2024 [00:24]


Fransa prezidenti Emmanuel Makron Berlində "Veymar üçbucağı" formatı çərçivəsində Polşanın baş naziri Donald Tusk və Almaniya kansleri Olaf Şoltsla görüşdən sonra sensasiyalı iddialar irəli sürüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, geridönüş zamanı təyyarədə Fransanın "Le Parisien" qəzetinə müsahibəsində Putinə qarşı savaş elanı kimi mesajlar verib.

Makron Almaniya kansleri ilə Ukrayna ilə bağlı aralarında hər hansı bir fikir ayrılığı olmadığını deyiib: "Bu barədə deyilənlərin əsası yoxdur. Strateji yanaşmalarımızda bəzi fərqlər ola bilər. Elə bunun üçün Almaniyaya getdim və Almaniya kansleri ilə hədəflərimiz, o cümlədən Ukrayna haqqında eyni fikirdə olduğumuza əminlik təsdiqləndi. Bəli, Almaniya və Fransanın Ukrayna ilə bağlı baxşları tamamilə üst-üstə düşür".

Makron Ukraynya qoşun yeritməklə bağlı əvvəlki açıqlamalarına da aydınlıq gətirib: "Əlbəttə, mən bunu arzulamıram, belə bir təşəbbüs də  göstərməyəcəyəm, amma ola bilsin, elə məqam çatacaq ki, Rusiyaya qarşı quru əməliyyatı qaçılmaz olacaq. Fransanın bunu aparacaq gücü var, bunu edə bilərik. Bilin ki, Avropanın bir çox ölkəsi Rusiyaya qarşı mübarizədə bizimlə eyni düşünür. Bir sözlə, biz bütün ssenarilərə hazırıq".

Fransa lideri daha sonra Rusiyanın "qorxu təbliğatı"ndan güclü istifadə elədiyini vurğulayıb: "Rusiya bütün gücü ilə dünyaya qorxu saçmağa, ölkələri qorxutmağa çalışır. Biz bu qorxuya qapılmamalıyıq. Dünya bilməlidir ki, bizə qarşı böyük bir güc yoxdur. Rusiya nüvə silahı olan orta ölçülü bir gücdür. Onu gözümüzdə çox böyütməməliyik".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq