Prezident İlham Əliyev BMT-nin İnkişaf Proqramının Administratorunu qəbul edib
15-03-2024 [14:04]
Prezident İlham Əliyev martın 15-də BMT-nin İnkişaf Proqramının Administratoru Axim Ştayneri qəbul edib.
Mia.az xəbər verir ki, Axim Ştayner COP29-un ölkəmizdə keçirilməsi və Azərbaycanın sədrliyi münasibətilə təbriklərini çatdırdı. Qeyd etdi ki, BMT-nin İnkişaf Proqramı COP29-un keçirilməsi istiqamətində Azərbaycan ilə əməkdaşlığa hazırdır.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.
Qonaq Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşmasında Azərbaycanla UNDP arasında əməkdaşlıqdan məmnunluğunu ifadə etdi, ölkəmizin dayanıqlı inkişaf üzrə milli prioritetlərinə uyğun olaraq yaşıl artım və rəqəmsal transformasiyanın həyata keçirilməsində BMT-nin İnkişaf Proqramının sıx əməkdaşlığa hazır olduğunu vurğuladı.
Prezident İlham Əliyev Azərbaycanın 2030-cu ilədək inkişaf strategiyası haqqında məlumat verdi, yaşıl keçidin ölkəmiz üçün prioritet istiqamətlərdən biri olduğunu qeyd etdi. Dövlət başçısı Azərbaycanın bərpaolunan və yaşıl enerji potensialının 200 qiqavatdan artıq olduğunu və yaxın müddətdə Azərbaycanın 5 meqavat gücündə bərpaolunan enerji resursu istehsal etmək imkanı olacağını dedi. Bu xüsusda Azərbaycanın Xəzər dənizini və Qara dənizi birləşdirən bərpaolunan yaşıl enerji dəhlizinin formalaşdırılması təşəbbüsü ilə çıxış etdiyini və bu istiqamətdə region ölkələri ilə birgə əməkdaşlığın həyata keçirildiyini vurğuladı.
Dövlət başçısı Azərbaycanın qazıntı yanacağı ixrac edən ölkə olmasına baxmayaraq, yaşıl keçidin prioritet istiqamət kimi müəyyən edildiyini bildirdi.
Prezident İlham Əliyev ölkəmizin xarici investorların cəlb edilməsi, təbii resursların hasilatı, ondan əldə olunan gəlirlərin səmərəli istifadəsi və inkişafa xidmət etməsi istiqamətində təcrübəyə malik olduğunu vurğuladı.
Qonaq Azərbaycanın inkişaf təcrübəsinin dünyanın digər ölkələri üçün də maraqlı ola biləcəyini qeyd etdi.
Axim Ştayner vurğuladı ki, Azərbaycanın yaşıl keçid transformasiyası COP29-a ev sahibliyi etməsi konsepsiyası ilə tam uyğunluq təşkil edir və ölkəmizin nümunəsi beynəlxalq ictimaiyyətə təqdim olunacaq.
Prezident İlham Əliyev Axim Ştayneri COP29 konfransına dəvət etdi.
Qonaq dəvəti minnətdarlıqla qəbul etdi.
Görüşdə Azərbaycanın inkişaf proqramının regional nəqliyyat dəhlizini və Orta Dəhlizi, kənd təsərrüfatını, turizmin inkişafını, ərzaq təhlükəsizliyinin təmin edilməsini, su resurslarının səmərəli idarə olunmasını və digər sahələri əhatə etdiyi bildirildi.
Söhbət zamanı ərazilərin minalardan təmizlənməsində Azərbaycan ilə UNDP arasında əməkdaşlığın dərinləşdirilməsinin önəminə toxunuldu, bu sahədə UNDP ilə birgə Bakıda illik əsasda keçirilən konfransın vacibliyi vurğulandı. Azərbaycanın hazırda UNDP ilə birlikdə qlobal humanitar minatəmizləmə üzrə regional təlim mərkəzi kimi rolunun inkişaf etdirilməsi məsələləri barədə müzakirələr aparıldı.
Qonaq qeyd etdi ki, UNDP humanitar minatəmizləmə sahəsində Azərbaycan ilə əməkdaşlığa hazırdır.
Ərazilərimizin işğaldan azad olunmasından indiyədək ermənilərin basdırdıqları minaların partlaması nəticəsində 350-dən çox vətəndaşımızın həlak olduğu və yaralandığı bildirildi.
Axim Ştayner XI Qlobal Bakı Forumunun əhəmiyyətinə də toxunaraq, bu tədbir çərçivəsində aparılan müzakirələrin vacibliyini vurğuladı.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir illə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır
Kəlbəcərin Baş planı təsdiqlənib - Hökumət qərar verdi
Ədliyyə Nazirliyi Fikrət Məmmədovun kadrlarından "təmizlənir" - Nazir Fərid Əhmədov öz komandasını fortmalaşdırır (Yenilənib)
Türkiyədə daha bir mafiya çökəldildi - Lideri həbs olunub
Bu gün Prezident Ərdoğan CHP liderini qəbul edəcək
GƏLƏN AY ÖLKƏDƏ NEÇƏ GÜN RƏSMİ İŞ OLMAYACAQ? - Qərar
Azərbaycan nefti 2.5 dollar ucuzlaşdı
Braziliyada güclü sel: 8 nəfər ölüb, 21 nəfər itkin düşüb
Çempionlar Liqası: alman komandası PSJ-ni devirdi
AVRO-2024: məşhur qapıçı "ofsayd"da saxlanıldı