Rusiya Qvardiyası: "Ukrayna təxribat qrupları iki şəhərə girməyə cəhd göstərib, ancaq..."

img

14-03-2024 [16:15]


"Ukrayna təxribat qrupları Rusiyanın cənubundakı Kursk və Belqorod vilayətlərinə soxulmağa cəhd ediblər".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Milli Qvardiyasının ("Rosqvardiya") mətbuat xidməti bəyanat yayıb.

Bəyanatda deyilir ki, qvardiyanın hərbçiləri Kursk vilayətinin Tetkino qəsəbəsi yaxınlığında Ukrayna təxribat-kəşfiyyat qruplarının hücumunu dəf edib: "Əməliyyatı "Rosqvardiya" hərbçiləri Rusiya Silahlı Qüvvələri və Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə birgə həyata keçirib. Düşmən itki verərək qaçmağa məcbur qalıb..."

Kursk qubernatoru Roman Starovoyt isə bildirib ki, Ukrayna təxribat və kəşfiyyat qruplarının Tetkino qəsəbəsindəki hücumlarının qarşısı alınıb.

Rusiya Müdafiə Nazirliyi də Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinin Spodaryuşino qəsəbəsinə hücum cəhdi ilə bağlı açıqlama yayıb: "Hava zərbələri və artilleriya atəşi nəticəsində təxminən 195 hərbi qulluqçu, 5 tank, 4 zirehli döyüş maşını, 3 UR-77 özüyeriyən minaatan reaktiv sistemləri və 3 hərbi tikinti maşını zərərsizləşdirilib".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq