Türkiyədə təyyarə qəzaya uğrayıb, ölən var - FOTO

img

14-03-2024 [15:12]


“Türk Ulduzları”na məxsus təlim təyyarəsi Konyada qəzaya uğrayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bölgəyə dərhal çoxlu xilasetmə qrupu sövq edilib.

İlkin məlumata görə, təyyarə qəzaya uğramadan əvvəl paraşütlə tullanmağı bacaran pilot ehtiyat tədbiri olaraq xəstəxanaya göndərilib. 

Konya valisi Vahdettin Özkan bildirib ki, F-5 tipli hərbi təlim təyyarəsi baza ərazisi daxilində tikinti sahəsinə düşüb: "Həmin sahədə işləyən tikinti texnikasının sürücüsü olan hərbçi hadisə yerində həlak olub...". 

Xatırladaq ki, Türk Ulduzları dünyada səsdən sürətli təyyarələrlə akrobatik şoular təşkil edən nadir komandalardan biridir. “Türk Ulduzları” adlı akro komanda dörd NF-5A/B Azadlıq qırıcı təyyarəsi ilə ilk nümayişini 18 iyun 1993-cü ildə Ankaranın Akıncı bölgəsindəki 4-cü Əsas Reaktiv Baza Komandanlığında həyata keçirib.

Lamiyə Əhmədli

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq