Kamal kılıçdaroğlu səssiz çevrilişə hazırlıq görür - 550 qurultay nümayəndəsi ilə gizli anlaşma olub

img

14-03-2024 [09:17]


Keçən noyabrda qurultayda sədrlik postu uğrunda mübarizədə Özgür Özəllə məğlub olan CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu revanşa hazırlaşır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kamal Kılıçdaroğlu 31 mart bələdiyyə seçkilərdən sonra CHP-nin növbədənkənar qurultayının keçirilməsinə nail olmaq üçün indidən hərəkəttə keçib.

Türkiyə mətbuatı yazır ki, Kılıçdaroğlunun artıq 550 qurultay nümayəndəsindən indidən dəstək imzası alıb.

İddialara görə, Kılıçdaroğlu özünə sadiq olduğu bilinən partiya üzvləri ilə yanaşı, vəzifə sözü verilən, lakin sonradan Özgür Özəl və Əkrəm İmamoğlu tərəfindən aldadılan qurultay nümayəndələri ilə də təmasa keçib: "O, bu dəfə işini ehtiyatlı tutub. Növbədənkənar qurultay keçirilərsə, rəqibini əzici üstünlüklə məğlub etməyi hədəfləyir".

Xatırladaq ki, Kılıçdaroğlu 2023-cü ilin noyabrında məğlub olduqdan sonra Ankara, İstanbul və Antalyada ofislər açıb. O, bu ofislərdə qeyri-hökumət təşkilatlarının nümayəndələri, keçmiş siyasətçilər və elm adamları ilə tez-tez görüşlər keçirir və bu yolla gündəmdə qalmağı bacarıb.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR