BMT Baş katibi: "Qəzzalılar kabus içində yaşayırlar"

img

14-03-2024 [00:04]


Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Katibi Antonio Quterreş bu gün BMT-də Qadının Statusu Komissiyasının fəaliyyəti çərçivəsində qeyri-hökumət təşkilatları ilə görüşüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, görüşdə Qəzzadakı vəziyyətə toxunulub.

Baş katib mülki şəxslərin hədəfə alınması, üstəlik, onların müdafiəsiz qalması ilə yanaşı, beynəlxalq humanitar hüququn pozulmasına da diqqəti cəlvb edərək, deyib ki, Qəzza xalqı bu gün fəlakətin işindədədir: "Dünyada qadın hüquqlarına hücumların artdığı bir dövrdə Qəzzada öldürülənlərin 2/3-nin qadın olmasını unutmamalıyıq. Bəli, bu gün Qəzza xalqı kabus içində yaşayır".

Xatırladaq ki, 7 oktyabrdan bəri Qəzza zolağında davam edən müharibədə ən az 9 min qadın həlak olub.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq