Prezident Ərdoğanın kortejində qəza: bir polis əməkdaşı həlak olub, 3 nəfər yaralanıb

img

13-03-2024 [19:03]


Prezident Rəcəb Tayyib Ərdoğanın mühafizə dəstəsi Şırnakın İdil rayonunda yol qəzası keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qəzada 1 polis əməkdaşı şəhid olub, 2-si polis olmaqla 3 nəfər yaralanıb.

Məlumatda deyilir ki, Ərdoğan partiyasının Şırnak Ədliyyə meydanında keçirdiyi mitinqdə vətəndaşlara müraciət edib. Mitinqdən sonra Ərdoğan və komandası Mardinə doğru yola düşüb. Ərdoğanın mühafizə qrupu Mardinə gedərkən Şırnakın İdil rayonunda yol qəzasına uğrayıb.

Prezident Ərdoğan Mardin mitinqində Şırnakda baş verən qəzada həyatını itirən polis məmuruna başsağlığı verib. 

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq