Rusiyanın ən böyük neft emalı zavoduna PUA hücumu olub - İstehsal dayanıb

img

13-03-2024 [16:39]


Rusiyanın cənubundakı ən böyük neft emalı zavodunda istehsalı dayanıb.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rostov vilayətinin meri Vasili Qolubev açıqlama yayıb.

O bildirib ki, Novoşaxtinski neft emalı  zavoduna PUA hücumu nəticəsində zavoda ciddi zərər dəyib: "Bu səbəbdən istehsal dayandırılıb".

Mer hadisə zamanı ölən və yaralananların olmadığını da sözlərnə əlavə edib.

Xatırladaq ki, emal gücü 7,5 milyon ton olmaqla Rusiyanın cənubundakı ən böyük neft emalı zavodudur.

Onu da qeyd edək ki, zavodu Ukrayna kəşfiyyatına bağlı olan PUA-nın vurduğu iddia olunur.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq