Deputatlar Moskvaya gedir

img

13-03-2024 [15:21]


Milli Məclisin bir qrup deputatı Rusiya Federasiyasında martın 17-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün martın 14-də Moskva şəhərinə səfər edəcəklər.

Mia.az xəbər verir ki, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və deputat Rüfət Quliyev ikitərəfli əsasda, deputatlar - Sabir Hacıyev MDBPA xətti ilə, Anar Məmmədov isə MDB PA və MDB İcraiyyə Komitəsinin xətti ilə seçkiləri müşahidə edəcəklər.

Səfər çərçivəsində deputatlar seçkilərə hazırlıqla tanış olacaq və seçki günü prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.

Səfər martın 19-da başa çatacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR