Türkiyədə 321 km-lik dəniz sahilini zəhərli meduzalar basıb - FOTOLAR

img

13-03-2024 [14:02]


Türkiyənin turizm şəhərlərindən biri olan Mersində son həftələr sahilə minlərlə zəhərli meduzalar çıxmağa başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Aralıq dənizinə 321 kilometr sahil xəttinə sahib olan Mersində, xüsusilə şəhərin Erdemli, Silifke və Anamur çimərliklərində fevral ayının son həftəsindən başlayaraq sıx şəkildə görülən Qırmızı dəniz köçərisi "rhopilema nomadica" olaraq bilinən zəhərli meduzalar sürətlə artıb.

Daha əvvəl Kızkalesi və Susanoğlu kimi məşhur zonalarda görünən yüzlərlə meduza bu dəfə daha çox çimərliklərə gəlib. 

Məlumata görə, mütəxəssislərin "əsla toxunmayın" deyə xəbərdarlıq elədiyi minlərlə zəhərli meduza dəniz boyu yayılmağa başlayınca qorxu saşçmağa başlayıb: "Mütəxəssislər bildirir ki, onlar zəhərlidir, üstəlik əsas gövdəsinin xaricində sancma imkanlarına sahibdirlər. O səbəbdən bunlara nəinki toxunmaq, ümumiyyətlə, onların oduğu ərazilərdə dənizə girmək olmaz".

Ekspertlər isə dəniz sahilinə meduza axınını iqlim dəyişikliyi ilə əlaqələndirir.

Bölgə sakinlərindən İsmət Ateş Türkiyə mətbuatına deyib k, əvvəllər belə hal olmayıb: "Üç il əvəvl sahildə bir nöqtədə çox az sayda meduza görünüb. Həmin vaxt bunu dənizdəki çirkliliklə bağladılar. Ancaq indi dəniz suyu təmizdır. Demək ki, səbəb başqadır. Mümkündür ki, iqlim dəyişikliyi haqda deyilənlər doğrudur. Mütəxəssislər deyirlər ki, sahilə çıxmaq  və onlara toxunmaq olmaz".

Zerrin Keçeci adlı şəxs də ilk dəfə belə mənzərəyə şahidlik elədiyini deyib: "Əvvəllər belə deyildi. İndisə o qədər çox ahilə ççıxblar ki... Bəzən gündə 60-70-ni toplayaraq basdırırıq.  Çünki həm həddindən artıq pis qoxuları var, həm də pişiklər yeyir. Tədbir olaraq bunu edirik...".

Müətəxəssislər isə qorxulu anların mart ayının sonuna qədər bitəcəyini iddia edir.

Lamiyə Əhmədli

MİA.AZ

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq