“Mercedes-Benz Japan” şirkəti 1,2 milyard cərimələnib - Dələduzluğa görə

img

13-03-2024 [10:55]


"Mercedes-Benz"-in Yaponiya filialı olan "Mercedes-Benz Japan" cərimələnib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, şirkətə 1,23 milyard yen (8,3 milyon dollar) məbləğində cərimə kəsilib.

Yaponiya hökumətinə bağlı İstehlakçı Məsələləri Agentliyindən (CAA) bildirilib ki, “Mercedes-Benz Japan” şirkəti müştəriləri aldatdığına görə cəzalandırılıb: "Şirkət avtomobil kataloqları GLA və GLB modellərinin müəyyən sürücülük yardım sistemləri ilə təchiz edildiyini göstərib. Lakin yoxlamalarla müəyyən edilib ki, bu, belə deyil, müştərinin istəyi və əlavə vəsaiti ilə bunu edirlər. Halbuki, şərtlərdə əksinədir. Bu isə müştəriləri aldatmaq olduğundan "Mercedes-Benz Japan"ı 1,23 milyard yen məbləğində cərimələnib. Üstəlik, şirkətə vəziyyətin təkrarlanmaması üçün tədbir görülməsi tapşırılıb".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq