Netanyahu Baydenə qarşı çıxdı: "Rəfahda işi bitirəcəyik”

img

13-03-2024 [00:07]


İsrailin baş naziri Benyamin Netanyahu ilə ABŞ prezidenti Co Bayden arasında gərginlik böyüyür.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün o, Amerika-İsrail Siyasi Fəaliyyət Komitəsinin  iclasına videomüraciətində Baydenin adını çəkmədən ona açıq mesaj verib.

İsrailə verdikləri dəstəyə görə Vaşinqton administrasiyasına təşəkkür edən Netanyahu bunun sonadək davam edəcəyini gözlədiyini qeyd edib: "Nə olursa olsun, Qəzzadakı müharibədə İsrailin qalib gələcək. Bu, qələbə Rəfaha qurudan hücumla mümkün olacaq. Əks halda HƏMAS yenidən toparlanacaq. Ona görə Rəfaha hücumla işi bitirəcəyik. Bunun üçün ABŞ-dan əvvəlki mövqeyi gözləyirik. İsrailin özünümüdafiə haqqını dəstəklədiyinizi deyirsinizsə, İsrail bu hüququndan istifadə etdikdə buna qarşı çıxdığınızı deyə bilməzsiniz. İsrailin HƏMAS-ı məhv etmək məqsədini dəstəklədiyinizi, sonra da İsrail lazımi tədbirləri alanda, buna qarşı çıxdığınızı deyə bilməzsiniz".

Xatırladaq ki, Co Bayden bir neçə gün əvvəl MSNBC telekanalına müsahibəsində İsrailin Rəfaha qurudan hücumunun onun üçün “qırmızı xətt” olduğunu bildiirb. O, əlavə edib ki, Netanyahu "indi İsrailə xeyirdən çox, zərər verir".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR