Dövlətə məxsus maşınlar satılıb - Hərracda

img

12-03-2024 [17:16]


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 6 lot üzrə 65 nəqliyyat vasitəsi satılıb.

Mia.az xəbər verir ki, hərrac rəqabətli olub. İlkin qiyməti 96 min manat olan 1 lot üzrə 60 nəqliyyat vasitəsi rəqabətli keçən hərracda 150 min manata satılıb. Start qiyməti 4 600 manat olan “Nazlifan” markalı nəqliyyat vasitəsi isə 6 800 manata özəlləşdirilib.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/39Nxpb linki vasitəsilə tanış olmaq mümkündür.

Növbəti hərraclar 2, 9, 16 aprel tarixlərində keçiriləcək. Hərraclara 4 səhmdar cəmiyyətinin səhm paketi, 2 avadanlıq və 156 nəqliyyat vasitəsi çıxarılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA