Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb - Ölənlər var (FOTO)

img

12-03-2024 [15:27]


Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Moskvanın şimal-şərqindəki İvanovo bölgəsində Rusiyaya məxsus hərbi nəqliyyat təyyarəsinin qanadında yanğın baş verib: "Moskva vaxtı ilə saat 13:00 radələrində İvanovo vilayətində İL-76 hərbi-nəqliyyat təyyarəsi planlı uçuşu yerinə yetirmək üçün havaya qalxarkən qəzaya uğrayıb...”.

Məlumatda təyyarədə 8 ekipaj üzvü və 7 sərnişinin olduğu bildirilsə də, onların taleyi haqda informasiya verilməyib.

Xatırladaq ki, qəza anının görüntülərində təyyarənin sağ qanadında yanğın çıxdığı və getdikcə alovun təyyarəni bürüdüyü aydın görünür.

Firudin Səfərli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR