YƏHUDİLƏR AZƏRBAYCANDA SÜNİ YAĞIŞ YAĞDIRMAQ İSTƏYİR - Dövlət qurumuna rəsmi təklif verilib 

img

12-03-2024 [15:09]


İsrailin Milli Su Qurumu - “Mekorot” şirkəti Azərbaycanda su qıtlığının qarşısını almaq üçün süni yağış yağdırmaqla bağlı layihə təklif edib.

Bunu şirkətin beynəlxalq əlaqələr şöbəsinin direktoru Dieqo Berqer bildirib.

Onun sözlərinə görə, layihə ötən həftə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-yə təqdim olunub: "Təkliflərimiz arasında süni yağışın yağdırılması da var. Buludların içərisində aerozollar var. Gümüş yodid kristallarını aerozollara səpəndə onlar ağırlaşır, yağış yağır. Bunu ölkənin şimalında və cənubunda reallaşdırmaq olar. İsraildə 1972-ci ildən ötən ilə kimi bu üsuldan istifadə etmişik. İndi isə ona ehtiyacımız yoxdur. Bu layihə böyük vəsait tələb edir, amma gələcəkdə istifadəsi o qədər də xərc tələb etməyəcək. Sözügedən layihə ilə bağlı planlaşdırma düzgün aparılmalıdır. Radarlar olmalıdır, səpiləcək nöqtələr hesablanmalıdır"(Report).

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq