Məktəblərdə təxribat törədiləcək? - Dövlət Agentliyi sensasion idida ilə bağlı açıqlama yaydı

img

12-03-2024 [11:10]


"Məktəblərdə təxribat törədiləcəyi ilə bağlı yayılan məsələ aidiyyəti qurumların nəzarətindədir".

Mia.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, ötən gündən başlayaraq sosial şəbəkələrdə bir neçə ümumi təhsil müəssisəsində təxribat törədiləcəyi ilə bağlı məlumatlar paylaşılmaqdadır: "Yayılan məlumatlardan xəbərdarıq. Bildiririk ki, məsələ aidiyyəti qurumların nəzarətindədir".

Agentlik hazırda tədris prosesinin ənənəvi qaydada davam etdiyini vurğulayıb: "Valideynləri təşvişə düşməməyə, sosial şəbəkə istifadəçilərini isə həyəcan yaradan çağırışlar etməməyə çağırırıq".


Digər xəbərlər
SON XƏBƏRLƏR