"Husilər" ABŞ-ın "Pinocchio" gəmisini vurub: "... dayanmayacağıq"

img

12-03-2024 [09:33]


Yəməndə İranın dəstəklədiyi husilər ABŞ-ın Qırmızı dənizdəki hərbi gəmisi olan "Pinocchio"nu vurub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Husilər"in hərbi qanadının sözçüsü Yəhya Seri Telegram və X sosial media platformasında açıqlama verib.

O bildirib ki, gəmi dəniz rakertləri ilə dəqiqliklə vurulub: "Husi qüvvələri Ramazan ayı ərzində hərbi əməliyyatları daha da artıracaq. Biz məzlum Fələstin xalqına dəstək və yardım amacı ilə dini, mənəvi və insani vəzifəmizdən İsrailin Qəzzaya hücumu dayandırmayacağı və blokadanı  qaldırmayacağı günə qədər geri çəkilməyəcəyik. Həmin günə qədər Qırmızı dənizlə Ərəb dənizində rahatlıq olmayacaq".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq