Ukrayna 2 min kilometrlik 3 zolaqdan ibarət istehkamlar tikir - Zelenski açıqladı

img

11-03-2024 [19:31]


Ukrayna 2 min kilometrlik 3 zolaqdan ibarət istehkamlar tikir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabında yazıb.

O bildirib ki, Ali Baş Komandan kimi bu gün Bşa qərargahda iclas keçirib.

Prezidentin sözlərinə görə, iclasda Ukrayna Baş Qərargah rəisi Aleksandr Sırski və digər komandirlərin döyüş meydanındakı vəziyyətlə bağlı hesabatlarını dinləyib, müdafiə naziri Rustem Umerov və strateji sənaye naziri Aleksandr Kamişindən cəbhə bölgəsindəki ehtiyacların ödənilməsi ilə bağlı məlumat alıb: "Digər mühüm məsələ müdafiə istehkamlarıdır. Baş nazir Denis Şmıqalın yeni müdafiə xətlərinin çəkiliş ilə bağlı məruzə elədi. 2 min kilometr uzunluğunda 3 zolaqdan ibarət müdafiə xətti böyük sürətlə çəkilir. Ümid edirəm ki, tikinti prosesi vaxtında yekunlaşacaq”.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR