Sərdar Cəlaloğlu: "Proseslər, verilən bəyanatlar İkinci Dünya müharibəsi öncəsi ilə o qədər oxşardır ki..."
11-03-2024 [14:45]
Şimali Atlantika Alyansının (NATO) Rusiya-Ukrayna müharibəsinə qoşulması dünya mediasının son günlərdə əsas müzakirə predmetinə çevrilib.
Xüsusilə də, Fransa Prezidenti Emmanuel Makronun NATO ölkələrinin, Avropa ölkələrinin Ukraynaya silah tədarükü ilə yanaşı, canlı qüvvə ilə də dəstək verməsinin mümkünlüyü barədə çıxışından sonra NATO-nun müharibənin rəsmi tərəfinə keçəcəyi ehtimalları artır.
Ukraynadakı müharibənin Rusiya-NATO müharibəsinə çevrilə biləcəyini istisna etməyən beynəlxalq ekspertlər hesab edirlər ki, bu, Üçüncü Dünya müharibəsinin başlaması gerçəkliyinin təsdiqi demək olacaq. Analitiklərin qənaətincə, NATO-nun Şərqi Avropada genişmiqyaslı təlimlər keçirməsi də onu göstərir ki, Alyans Rusiya ilə mümkün müharibəyə hazırlaşır.
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi isə davam etməkdədir. Ukrayna cəbhəsində son həftələrdə Rusiya ordusunun müəyyən uğurları barədə məlumatlar da mövcuddur. Xüsusilə Avdeyevkanın Rusiya tərəfindən işğalı baş verdikdən sonra ruslar qələbəyə yaxın olduqlarını hesab edirlər.
Həqiqətən, Rusiya-NATO müharibəsi başlayırmı və demək olarmı ki, bəşəriyyət Üçüncü Dünya müharibəsinin astanasındadır?
AYNA-nın mövzu ilə bağlı suallarını Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu cavablandırıb.
Siyasətçi deyib ki, Birinci və İkinci Dünya müharibələrinə baxsaq, görərik ki, hər iki müharibənin bir tərəfi rus dövləti olub:
- Bu müharibələrin, bəşəriyyət üçün qanlı faciələrin həmmüəlliflərinin hər zaman biri rus dövləti olub. Bu gün də Rusiya Üçüncü Dünya müharibəsinin başlaması istiqamətində prosesləri böyük sürətlə aparır. Mən əvvəllər də demişəm, Qərb heç zaman Ukraynanın bu müharibədə məğlub olmasına imkan verməyəcək. Ukrayna Rusiyanın qarşısında durduğu müddətdə Qərb ona silahla, maliyyə ilə kömək edəcək. O zaman ki, Ukrayna Rusiyanın qarşısında canlı qüvvə ilə dayana bilməyəcək, onda NATO biləvasitə müharibəyə girəcək. Bununla bağlı NATO-da müzakirələr aparılıb. Söhbət açıq şəkildə, canlı qüvvə ilə Kiyevə dəstəkdən gedir.
- İndi dediyiniz həmin zamandırmı?
- NATO-dakı bu müzakirələr zamanı ümumi qərar verildi ki, belə bir addımı atmaq olmaz. Amma Slovakiyanın Baş naziri bildirdi ki, Ukrayna ilə ikitərəfli hərbi müqavilələr əsasında Kiyevə hərbi qüvvələr göndərməyə hazırıq. Bu bəyanatı Britaniya da səsləndirib. Həmçinin Fransa açıqladı ki, NATO tərkibində yox, birtərəfli qaydada Ukraynaya quru qoşunları göndərəcək.
Bu gün Ukraynanın Rusiyaya itkilər verdirməsinin arxasında duran Qərbin Ukraynadakı mütəxəssisləri və Qərbin texnikasıdır. Rusiya Avdeyevkanı işğal edən zaman böyük itkilərə məruz qalıb. Demək istəyirəm ki, bu itkilər Rusiyanı dayandırmayacaqsa, NATO mütləq öz qoşunlarını Ukraynaya yeridəcək. Bu gün tarixdə ilk dəfə Finlandiya və İsveçin də iştirakı ilə Rusiya sərhədində NATO təlimlər keçirdi. Və ilk dəfədir ki, bu qədər hərbçi, texnika təlimlərə cəlb edilib. Tarixdə bu qədər güclə, bu qədər miqyasla NATO təlimləri olmayıb. Aydındır ki, hərbi təlim müharibədən öncəki məşqlərdir.
- Bu təlimlərə Moskvadan sərt münasibət bildirildi, Rusiya faktiki olaraq NATO-nu təhdid etdi. Bu təhdidin nəticəsi olacaqmı?
- Heç bir nəticəsi olmayacaq. Məsələn, Rusiyadakı nüvə başlıqlarının sayı nüvə dövlətlərinin hər birindəki başlıqlardan çoxdur. Amma bütövlükdə Qərb ölkələrinin nüvə başlıqlarının sayı Rusiyanın nüvə başlıqlarının sayından üç dəfə çoxdur. Hər bir Avropa dövləti ayrılıqda Rusiyadan az hərbçi sayına malikdir, eləcə də əhaliyə malikdir. Amma ümumilikdə NATO üzvü olan ölkələrin əhalisinin sayı bir milyarddan çoxdur. Eyni zamanda, aviasiya qüvvələri, hərbi texnika sayı və s. Rusiyadan dəfələrlə çoxdur. Belə olan halda, Rusiyanın NATO ilə müharibə aparmaq potensialı yoxdur. Ona görə də Rusiyanın təhdidləri blefdən başqa bir şey deyil.
- Nüvə silahı demişkən, Moskva rəsmilərinin dilindən belə bəyanatlar səsləndirilir ki, Rusiya nüvə silahına əl ata bilər. Bu, nə qədər mümkündür?
- Bu da Rusiyanın blefindən başqa bir şey deyil. Çünki ABŞ-ın dünyadakı bütün nüvə silahlarına ciddi şəkildə nəzarət etmək imkanı var. Özü də, söhbət kosmik nəzarətdən gedir. ABŞ Rusiyanın nüvə başlıqlarını harada, nə qədər, hansı şəraitdə saxladığını dəqiq bilir. ABŞ-ın keçmiş dövlət katibi Kondalina Rays o vaxt çıxışlarının birində demişdi ki, Amerika hər il Rusiyaya üç yüz milyon dollar verir ki, nüvə başlıqlarını normal vəziyyətdə saxlasın. Çünki Rusiyanın nüvə başlıqlarını saxlamaq yerləri o qədər pis vəziyyətdədir ki, bu başlıqlar elə öz yerlərində partlaya, bəşəriyyət üçün böyük fəlakət yarada bilər.
Təsəvvür edin, ABŞ Rusiyanın nüvə başlıqlarını hansı şəraitdə saxlamasınadək hər şeyi dəqiqliklə bilir. Bu halda, Rusiya nüvə silahını necə ata biləcək?! Medvedyevin dili ilə səslənən nüvə təhdidi gülüncdür. Ümumiyyətlə, Rusiyanın “nüvə silahına əl ata bilərik” təhdidi bu dövlətin məğlubiyyətinin göstəricisidir. Bir milyon qoşunu olan, dünyanın “ikinci ən güclü ordusuna malik” bir dövlət nüvə silahı niyə atır?! Ona görə də Rusiyanın nüvə silahı atacağını bəyan etməsi qorxutmaqdan başqa bir şey deyil.
- Demək istəyirsiniz ki, Rusiya məğlubiyyətə doğru gedir?
- Əlbəttə, məğlubiyyət Rusiya üçün qaçılmazdır. Bu gün Rusiya Şimali Koreyadan, Çindən, İrandan mərmilər alır, silahlar alır. Rusiya özünün silah, mərmi istehsal etmək potensialını itirib. Xaricdən isə uzun müddət mərmi, silah ala bilməz. Bir ölkənin öz daxilində fasiləsiz silah istehsalı yoxdursa, o ölkə uzunmüddətli müharibə apara bilməz.
Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsində iki çıxış yolu var. Ya bu müharibə qısa müddətdə Üçüncü Dünya müharibəsinə çevriləcək və Rusiya dövlət kimi sıradan çıxacaq. Çünki Rusiyanın NATO-ya heç bir halda gücü çata bilməz. Ortada statistika var, silahların sayı var, hərbi güc balansı var. Bu, statistika Rusiyanın əleyhinədir. Məsələn, ABŞ-ın hərbi büdcəsi Rusiyanın dövlət büdcəsindən çoxdur. Belə olan halda, Rusiya necə qalib gələ bilər. Ya da Rusiyaya təklif olunanları Moskva qəbul etməli, sülh şərtlərini yerinə yetirməlidir.
- Rusiya Kiyevdən, dolayısı ilə Qərbdən gələn şərtləri qəbul etməyəcəyini qəti şəkildə bildirir. NATO isə müharibəyə qoşulmayacağını bəyan edir. Bu halda Üçüncü Dünya müharibəsi real görünürmü?
- İndi baş verən proseslər, verilən bəyanatlar İkinci Dünya müharibəsi öncəsi ilə o qədər oxşardır ki... Baxın, 1941-ci ildə Çörçil Hitler Almaniyasına qarşı ikinci cəbhənin açılması barədə danışıqlara başlayır. Bu zaman dəfələrlə ABŞ-a gedir, müzakirələr aparır. Ruzvelt isə bildirir ki, ABŞ Hitler Almaniyasına qarşı heç bir cəbhə yaratmayacağını qəti şəkildə bəyan edir. Ondan iki il sonra, 1943-cü ildə ikinci vəbhə yarandı. İndi bu gün Fransa məsələ qaldırır ki, mütləq NATO Rusiyaya qarşı müharibəyə girməlidir. NATO isə bəyan edir ki, yox, bu addımı atmayacaq. O vaxt ABŞ da deyirdi ki, müharibəyə girməyəcək, amma iki ildən sonra girdi. NATO-da Rusiyaya qarşı müharibəyə qoşulmağın müzakirəsi dünyaya mesajdır ki, NATO məsələni gündəmində saxlayır. Əgər Rusiya Ukraynadakı “qırmızı çizgiləri” keçəcəksə, NATO mütləq tərəf kimi müharibəyə qoşulacaq.
MİA.AZ
Bu gün magistraturalara qəbul imtahanı keçirilib (Yenilənib)
Sabah isti hava olacaq
Zaqatalada çayxana sahibi blçaqlanıb
Ağdamda daha bir mina partlayışı: yaralı var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şair-publisist Namiq Hacıheydərli vəfat edib
Bilik və bacarığını nəticəyönümlü fəaliyyətə çevirən müəllim... - Yeni layihə (FOTOLAR)
Hikmət Hacıyev: "Azərbaycanın mülki əhalisi, demək olar ki..."
Abşeronda içki məclisində dava: dost dostunu öldürdü və...
ALİ MƏHKƏMƏ HAKİMİNDƏN ŞOK HƏRƏKƏT: evində canına qıyıb
“Toplum TV”nin daha bir əməkdaşı saxlanılıb? - DİN-dən açıqlama
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
PREZİDENT ONLAR HAQDA SƏRƏNCAM İMZALADI - Siyahı
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz"in keçmiş işçisini özünə müşavir götürüb
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb - 3 qurum birgə məlumat yaydı
Laçının Sus kəndinə 59 ailə köçürülür - Püşk atıldı (FOTOLAR)
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
DEPUTATA SUİ-QƏSD İŞİ: "Fazil Mustafanı dini çıxışlarına görə cəzalandırmaq istəyirdik" - Məhkəmə prosesi
"Azəriqaz" İB-də ikibaşlı oyun: imtahandan keçən xanıma ögey münasibət etiraz doğurdu, qurum rəsmisi reaksiya verdi
İTV-də dəyişiklik - Aparat rəhbəri Baş direktor müavini təyin olunub
Salyanda avtomobil və mal oğrusu tutulub
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
Azərbaycan və Almaniya prezidentləri bağda gəzişərək səmimi söhbət ediblər - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib