Prezident Elçin Məmmədova general-mayor rütbəsi verib - Sərəncam

img

11-03-2024 [12:47]


Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, polkovnik Elçin Əli oğlu Məmmədova “general-mayor” ali hərbi rütbəsi verilib.

Xatırladaq ki, Elçin Məmmədov Daxili Qoşunların Qala qəsəbəsində yerləşən Ali Hərbi Məktəbinin rəisidir. 

E.Məmmədov Ali Hərbi Məktəbin rəisi postuna 2023-cü ilin iyun ayında təyin olunub.

Həmin təyinatadək o, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsinin komandiri olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR