1 il əvvəl ailəsi partiya funksionerinin təmtəraqlı toyu başına bəla oldu - İstefaya göndərildi

img

11-03-2024 [11:52]


Türkiyədə 6 fevralda baş verən dəhşətli zəlzələsində həyat yoldaşı və oğlunu itirən AK Partiyanın Qaziantep şəhər təşkilatının sədri Murat Çətin istefa verməyə məcbur olub.

Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, bu barədə o, bəyanat yayıb.

Ailəsinin ölümündən bir il ötən kimi özündən 20 yaş kiçik olan vəkil Naz Akdoğanla təmtəraqla ailə həyatı quran təşkilat sədri ona qarşı qəzəb doğuran replikaların istefaya məcburiyyət yaratdığını dolayısı ilə təsdiqləyib.

52 yaşlı AK Partiya Qaziantep şəhər tşkilatının sədri Murat Çətin istefa məktubunda partiya ldieri, prezident Ərdoğana təşəkkür edib və toy söhbəti ilə partiyaya "yüklənməyə" imkan verməyəcəyini qeyd edib.

Bölgədə həm də ən böyük Zeytun yağı fabrikinin sahibi olan Murat Çətinin tarixini də səhv yazdığı (10 mart əvəzinə 10 aprel yazıb - Mia.az) istefa məktubunu aşağıda olduğu kimi təqdim edirik.

Zülfiyyə

MİA.AZ

img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR