Baydenin Netanyahunu hədəfə aldı: "O, İsrailə artıq zərər verir"

img

11-03-2024 [09:01]


"Benyamin Netanyahu Qəzzada HƏMAS-a qarşı müharibəyə baxışı ilə İsrailə kömək etməkdənsə, ona zərər verir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gözlənilməz açıqlamanı ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu haqqında deyib.

O, yerli mətbuata müsahibəsində bildirib ki, Netanyahu HƏMAS-a qardşı savaşda daha diqqətli olmalı, mülki əhalinin qorunmasına nəzarəti gücləndirməli idi: "Ancaq Qəzzada ölənlərin sayı çox böyükdür. Onların mütləq əksəriyyətinin HƏMAS-la hər hansı əlaqəsi yoxdur. Bu cür yanaşma İsrail qorumçaq deyil və ya Netahyahunun belə davranışı ölkəsinin müdafiəsinə zəmin yaratmır. Hesab edirəm ki, Netanyahunun savaşa baxışı böyük səhvdir”.

Xatırladaq ki, Bayden bundna əvvəl 1,3 milyondan çox fələstinlinin sığındığı Rəfaha qarşı israilin quru əməliyyatına başlamasını qəbuledilməz sayıb və "bu, bizim üçün qırmızı xəttdir" deyib.

Yeri gəlmişkən, Qəzzada 156 gündı həyatını itirənlərin sayı 31 mini keçib.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR