Partiya sədri hədəfə çevrilən xanım namizədə qapı açdı, ancaq... - "Mən heç yerə getmirəm"

img

07-03-2024 [22:48]


Türkiyənin ana müxalifət partiyası olan  CHP-nin Afyonkarahisar şəhər bələdiyyə sədrliyinə namizədi Burcu Köksal "Mən seçildiyim zaman bələdiyyənin qapıları DEM Partiyasından (Kürdlərin partiyası - Mİa.az) başqa bütün siyasi partiyalara açıq olacaq" sözlərindən sonra təmsil olunduğu partiyada "topa tutulub".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, namizədin bu sözlərinə partiya sədri Özgür Özəl "dil sürüşməsi" deməkə, onu vəziyyətdən çıxarmağa çalışsa da, xanım namizəd sosial media hesabından sözünün üstündə durduğunu bəyan edib. O, hətta seçilərsə, şəhərdəki suriyalı qaçqınları da geri göndərcəyinə vəd verib.

Bundan sonra İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu partiyadaşına xitabən "Ya başqa iş tapacaq, ya da başqa partiya" deyə etiraz edib.

Baş verənlərdən sonra Zəfər Partiyasının başqanı Ümit Özdağ Burci Köksala mesaj verib.

O, xanım namizədin fikirlərini tamamilə bölüşdüklərini ifadə edərək onu partiyasına dəvət edib: "Qapımız Burcu xanıma açıqdır. Gəl, bizim namizəd ol!".

Burcu Köksalın isə onun bu dəvətinə cavabı gecikdirməyib:

"Zəfər Partiyasının Afyon şəhər təşkilatından görüş tələbi almamışam. Amma bilinməsi gərəkdir ki, mən CHP-liyəm, Zəfər Partiyasına üzv olmağı düşünmürəm".

Tahir ŞƏLVƏLİ

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq