Rəsmi Ankaradan İsrailin daha bir planına "yox" deyildi: "Dərhal dayandırılmalıdır"

img

07-03-2024 [09:00]


"İsrailin İordan çayının qərb sahilində 3500 evin tikintisi üçün bu gün (dünən - Mia.az) təsdiqlədiyi plan Fələstin torpaqlarının işğalının daha da genişləndirilməsi deməkdir. Bu, dərhal dayandırılmalıdır".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri qardaş ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli deyib.

İsrailin beynəlxalq hüququ pozmasının qarşısını almaq üçün törətdiyi cinayətlərin ən doğru terminologiya ilə ifadə olunmasının vacibliyini qabardan XİN rəsmisi bildirib ki, Tel-Əvivin heç nəyə məhəl qoymadan son planını elan etməsi qəbuledilməzdir: "Qanunsuz məskunlaşma siyasətini davam etdirmək İsrailin Fələstin xalqına məxsus olan qanuni torpaqları zorla ələ keçirmək deməkdir. Buna dərha son verilməlidir".

Xatırladaq ki, İsrail 26 fevral 2023-cü ildə İordaniyanın Aqaba şəhərində, 19 mart 2023-cü ildə Misirin Şarm əl-Şeyx şəhərində Fələstin, İordaniya, Misir və ABŞ-ın iştirakı ilə keçirilən görüşlərdə məskunlaşma fəaliyyətlərini bir müddət dayandırmağa razılaşıb. Lakin verilən vədlərə baxmayaraq, qanunsuz məskunlaşma fəaliyyəti 2023-cü ildə son 10 ilin ən yüksək səviyyəsinə çatıb. 

Qeyd edək ki, İsrailin 1967-ci ildə işğal etdiyi Şərqi Qüdsdəki hökmranlığı və orada tikdirdiyi yəhudi qəsəbələri beynəlxalq hüquqa görə qeyri-qanuni sayılır.

Tahir Şəlvəli 

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR