Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
07-03-2024 [00:01]
Qoç - Ciddi münasibət və diqqət tələb edən işlərə laqeyd yanaşmayın. Təyin edilmiş görüş, planlaşdırılmış işi unutmayın. Kiçik maliyyə itkiləri, uğursuz alış-veriş istisna deyil. İşdə rəhbərlik sizə həlim yanaşdığı üçün xüsusi problemlər yaranmayacaq.
Yaxınlarınızla münaqişə etməyin. Onların tənqidlərinə və birmənalı olmayan iradlarına aqressiv reaksiya verməyin. Umu-küsü üçün heç bir səbəb yoxdur. Yaxınlarınızla ünsiyyət müsbət emosiyalar verəcək.
Buğa - Dəvət aldığınız tədbirlərə qatılmaq, mühüm görüşlər keçirmək, bəzi mövqeləri müəyyənləşdirmək üçün əlverişli zamandır. İşgüzar danışıqlarda konkret olun. Ümumi layihəyə xüsusi marağı olmayan insanı belə, ruhlandırmağa çalışın. Fiziki iş, aktiv fəaliyyət üçün münasib gündür. Dostlarla görüş xoş təəssürat yaradacaq. Qəfil hədiyyə, gəlir istisna deyil. Yaxınlarınızdan biri xoş sürpriz edəcək.
Əkizlər - Günün emosional fonu əlverişli deyil. Sakitliyə riayət etmək, çətin vəziyyətlərdə soyuqqanlı qalmaq çətindir. Belə situasiyalar az olmayacaq. Təmkinli davranın. İşdə həmkarlar və rəhbərlkilə fikir ayrılıqları münaqişəyə, qarşılıqlı iradlar mübadiləsinə, işə heç bir dəxli olmayan söhbətlərə çevrilməsin. Həmkarlarınızla münasibətlərdə diqqətli və sayıq olun.
Günün ikinci yarısında maliyyə məsələlərində ehtiyatlı olun. Qənaətcil davranın, gərəksiz əşyalara pul xərcləməyin. Axşam saatlarında normal istirahət edin.
Xərçəng - Aktiv və enerjili olun. Birlikdə çalışdığınız insanlarla müqayisədə daha çox iş görə bilərsiniz. Bilik və bacarıqların əldə olunması, yeni və dəyərli informasiyanın alınması üçün münasib gündür. Başqalarının təcrübəsindən yararlana bilərsiniz. İşgüzar danışıqlar məhsuldar keçəcək. Qəfil və maraqlı təklif istisna deyil.
Axşam saatlarında mütləq ailəvi tədbirə qatılın. Yaxınlarınız və qonaqlarla həssas, səmimi davranın. Yaşam potensialı səviyyəsi yüksək olduğundan səhhətinizdə problem riski çox azdır.
Şir - Gərgin, təbəddülatlı, qarışıq gündür. Uğursuzluqları şişirtməyin, qələbələri qulaqardına vurmayın. Buraxdığınız istənilən səhvi fəlakət hesab etməyin. Yaxın ətrafınızdakı insanlar sizə dəstək olmağa çalışırlar. Alış-veriş üçün əlverişli zaman deyil. Qənaət etməyə çalışaraq tamamilə gərəksiz və keyfiyyətsiz əşyalar ala bilərsiniz. Nəticə sizi sevindirməyəcək.
Günün ikinci yarısı nüfuzlu insanla görüş üçün əlverişli deyil. Sizə mənəvi dayaq ola biləcək dostlarla bir araya gəlməkdən boyun qaçırmayın. Nikbin olun.
Qız - Qarşınıza qoyduğunuz məqsədə çatmaq asan deyil. Qətiyyətli və iradəli olsanız, irəliləyiş gerçəkləşəcək. İntizamlı davranmaqda fayda var. Vaxtınızı boşuna sərf etməyin, şirnikləndirici vədlərə uymayın. Kimsəyə imkan verməyin ki, sizi yolunuzdan sapdırsın. Əhəmiyyətli gəlir, karyerada inkişaf ola bilər.
Nüfuzlu şəxslə görüş, işgüzar tərəfdaşlıqla bağlı məsələlərin təhlili üçün yaxşı zamandır. Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri güclüdür. Şikayət üçün ciddi səbəblər olmayacaq.
Tərəzi - Problemlərin həddən çox, onların öhdəsindən gəlməyin mümkünsüz olduğunu düşünməyin. Vaxt və səylərin düzgün bölüşdürülməsi gərəkli nəticəyə nail olmağa imkan verəcək. Planlaşdırılmış əyləncə, xoş görüş və istirahətdən imtina edin. Dəvət aldığınız tədbirə getməyin. Xoş təəssüratlar almaq əvəzinə, yorulacaqsınız.
Anlaşma və ya sövdələşmə üçün əlverişli zaman deyil. Səylər uğursuz sonuclana bilər. Alış-veriş və ya daşınmaz əmlak alınmasını, kirayəyə götürülməsini ertələyin. Axşam saatlarında xoş sürprizlər olacaq.
Əqrəb - Yeni işlərə yalnız hər şeyi əvvəlcədən düşünüb dəqiq fəaliyyət planı hazırlayandan sonra başlamaq olar. Yeni işgüzar tərəfdaş araya bilərsiniz. Onunla əməkdaşlıq qarşınızda yeni, cazibədar perspektivlər yaradacaq. İşdə irəliləyiş, maaş və ya vəzifənin böyüməsinə güvənmək olar. Rəhbərlik fəaliyyətinizi diqqətdə saxlayır. Qısamüddətli səfərlə bahəm, uzunmüddətli səyahət üçün əlverişli zamandır.
İndiyədək münasibətlərinizin sərin olduğu insanlarla təmasda onlarda özünüzlə bağlı xoş təəssürat yarada bilərsiniz. Axşam saatlarında romantik tanışlıq istisna deyil.
Oxatan - Uğurlu və münasib gündür. Peşəkar fəaliyyət sahəsində irəliləyiş, şəxsi həyatda müsbət dəyişikliklər ola bilər. Təşəbbüskar olmaqdan çəkinməyin. Yaxın ətrafınızdakı insanlar sizi dəstəkləyəcəklər. Sözləriniz dəqiq olsun. Problemlər barədə vaxtında danışın. Yalnız özlərini dinləməyi sevən insanlar belə, sizə qulaq asacaqlar. Bir müddət sonra yaxşı gəlir verə biləcək işgüzar təkliflər ala bilərsiniz.
Yeni işgüzar və ya şəxsi münasibətlərə başlamaq olar. Onlar uğurlu alınacaq. Kiçik gəlirlər istisna deyil.
Ailə üzvlərinizi və yaxınlarınızı kiçik hədiyyələrlə sevindirin.
Oğlaq - İşlərdə ani və sürətli uğur əldə edəcəyinizi düşünməyin. Başladığınız işləri başa vurun. Bədxah və rəqibləri üstələmyə çalışın. İşgüzar görüş və danışıqlarda ortaq məxrəcin əldə olunmasına can atın.
Günün ikinci yarısında başlayan tərəfdaşlıq məhsuldar ola bilər. Alış-veriş etmək, sərmayə yatırmaq olar.
Gözəl əşya almaq və ya nə isə yaratmaq istəyəcəksiniz. Yaxınlarınızın əhvalını yaxşılaşdırın, onların hisslərini və istəklərini anlamağa çalışın.
Dolça - Kiçik və xırda məsələlərdən bədbinləşməyin, ən mənasız uğursuzluqları ürəyinizə salmayın. Problemlər kiçikdir və onları sürətlə həll etmək olar. Tərəfdaş, həmkar və ya dostun yardım təklifindən yararlanın. Mühüm məsələlərdən birini unuda bilərsiniz. Ona görə də görməli olduğunuz işləri, nəzərdə tutulan görüşləri unutmayın.
Alış-veriş üçün əlverişsiz gündür. Gərəksiz və mənasız işlərə pul sərf etməyin. Axşam saatlarında emosional baxımdan həssas olduğunuzdan xoşagəlməz insanlarla təmasları minimuma endirin.
Balıqlar - Müsbət təmayüllərin təsiri güclənir. Gün uğurlu alınacaq. Nüfuzlu insanlar uğurlarınızı görəcəklər və sizə yeni uğurlara nail olmaq üçün yardımlarını təklif edəcəklər. İri sövdələşmə və anlaşmaları müzakirə etmək, iş yerini dəyişmək, genişmiqyaslı layihənin reallaşdırılmasına başlamaq olar. İşgüzar danışıqlarda iradəli, amma həssas və sayıq olun.
Əks cins mənsubları ilə təmaslarda diqqətli olun. Qayğı və yardıma ehtiyacı olanları unutmayın. Axşam saatlarında səhhətinizdə kiçik problemlər yarana bilər.
Milli.Az
Qəzzada 10 mindən çox insan cəsədi dağıntılar altında qalıb
Parisdə güclü yanğın olub - 3 nəfər ölüb
Prezident Ərdoğan müxalifətin aksiyasına "yox" dedi: "Taksim Meydanı mitinq üçün uyğun deyil"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT başqanı Somali prezidenti ilə görüşüb - Nələr müzakirə olunub?
TFF prezidenti "səssiz çevriliş"lə yola salınır - Erlkən seçki üçün tələb olunan imza toplanıb
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub
Hizbullah İsrail tankını vurub - Ölən və yaralananlar var
Ərdoğanın İraqa səfərinin görünməyən tərəfləri... - TƏHLİL
Elan saytlarında saxta məlumatlar yerləşdirən şəxs tutulub
Mərkəz rəhbəri Anar Məmmədli həbs olundu - (YENİLƏNİB)
İlham Əliyev Mormon Kilsəsinin və Stirlinq Fondunun nümayəndələrini qəbul edib - Müzakirə (FOTOLAR)
Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər
Prezident İlham Əliyev fərman imzaladı - Dəyişiklik
“Nizami” kinoteatrı ilə bağlı müəmma: proses necə həll ediləcək?
"Fənərbağça"dan Dzeko ilə bağlı açıqlama: "Yalan xəbərdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
KTN bu TV-yə 32 min pul verəcək - Təbliğat üçün
Ceyhun Bayramov Əlcəzair XİN başçısı ilə görüşüb - Qətərdə
Şuşaya gələn ay 20 ailə köçürüləcək - Püşk atıldı
"İttiham xarakterli iddiaları qətiyyətlə rədd edirik" - Mətbuat katibindən nazirin fikirləriə sərt reaksiya
Müsavatda qurultay: Osman Kazımov namizədliyini geri götürüb
Səhiyyədə daha bir şübhəli tender: niyə ən yuxarı qiyməti təklif edən şirkət qalib elan edilib? (SƏNƏDLƏR)
ATV telekanalının sabiq prezidentinin həbs müddəti uzadılıb
Bakı Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin keçmiş müdiri "Oba"nı məhkəməyə verdi - Qalmaqal
Müxalif lider spikerin üzünə belə dedi: "Qanunlara əməl edilməyəcəksə, onu dəyişdirsək, nolur ki?"
Doha Bəyannaməsi: Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə dəstək verilib
Deputat onu qınayanlara sərt cavab verdi: “Əşşi, heç vecimə də deyil o saytlar nə yazır”
May ayında 5 bürcün sahiblərini uğurlu günlər gözləyir - SİYAHI
Millimiz yoldaşlıq oyunu keçirəcək
Səhiyyə Nazirliyinin tabeliyindəki qurumda əməliyyat: vəzifəli şəxslər saxlanılıb? (Yenilənib)
Keniyada güclü daşqın: ölənlərin sayı 169-a çatıb
Ceyhun Bayramov Qətərin baş naziri ilə müzakirə aparıb
"Abzas Media" işi: Elnarə Qasımova həbsdən buraxılmadı
Külək güclənəcək, sel olacaq - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlanıb
Hərbi xidmətə çağırış: müayinə qaydası dəyişir
Abid Şərifovla "Rabitəbank"ın arasında nə baş verir? - Qalmaqal
Aktrisa aktyorla sevgisini etiraf elədi: "Çox xoşbəxtəm”
Komissiya itkin düşmüş şəxslərin adlarını açıqladı - SİYAHI
Bakıda 1 762 600 ədəd aksiz markasız tütün məmulatı aşkarlanıb
Girovgötürmə, zorlama və...- Bakı şəhər İcra Hakimiyyətinin xanım işçisi ilə bağlı sensasion məhkəmə işi....
Vilayət Eyvazov baş inspektoru rəis təyin edib
Dövlət Komitəsinin məsul şəxsinin oğlu elə hərəkət edib ki...