Prezident Ərdoğan müxalifətin aksiyasına "yox" dedi: "Taksim Meydanı mitinq üçün uyğun deyil"

img

01-05-2024 [00:15]


“Taksim Meydanı mitinq üçün uyğun deyil".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan CHP-nin 1 May bayramı ilə bağlı Taksim Meydanında mitinq keçirmək istrarına qarşı deyib.

Prezident bildirib ki, müxalifət bu israrı ilə 1 May bayramının üzərinə kölgə salmağa çalışır: "2010-cu ildə Taksimdə bayram mitinqi keçirməyə icazə vermişdik. Buna baxmayaraq, müxalifət və bəzi marjinal qruplar onda aksiyaya kölgə saldılar. İndi də hesab edirəm ki, o meydanda mitinq  uyğun deyil. Əksinə, bu, terror təşkilatlarına zəmin yaratmaq olar. Halbuki İstanbulda mitinqlər üçün 40 fərqli məkan ayrılıb. İcazə verilən əraziləri kənara qoyub, başqa yerdə yürüş və mitinq təşkil etmək yaxşı niyyət deyil. Terror təşkilatlarına istismar üçün zəmin verilməməlidir. O səbəbdən hər kəsi bayram ab-havasına əməl etməyə dəvət edirəm”. 

Xatırladaq ki, CHP İstanbul təşkilatının sədri Özgür Çelik ötən gün vətəndaşları 1 May bayramı ilə bağlı "Taksim"ə çağırıb.

CHP sədrinin müavini və sözçüsü Deniz Yücel də bu meydanda aksiyada israr etdiklərini təkrarlayıb: "Biz Taksimdən əl çəkmirik. Sədrimiz cənab Özgür Özəl daxili işlər nazirinə zəng edərək Taksim qərarına yenidən baxılmasını istəyib...".

İstanbul Valiliyi isə 1 May Günü münasibətilə Taksimə gedən  nəqliyyat xətlərini "bloklayıb", ərazidə təhlükəsizlik tədbirləri artırılıb.

Firudin Səfərli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:59 21.05.2024

MİQ və problemlər...