Zaxarova AŞPA-nın Azərbaycana qarşı qərəzinə belə şərh verdi: "Mən xristian ölkəsini təmsil edirəm, ancaq..." - "AŞPA-da islamofobiya görünməmiş səviyyəyə çatıb"

img

06-03-2024 [16:09]


Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azəırbaycanın səsvermə haqqının məhdudlaşdırılması barədə suala maraqlı cavab verib.

Mia.az-ın Rusiya mətbuatına istinadla məlumatına görə, o, Soçidə keçirilən Ümumdünya Gənclər Festivalında jurnalistlərin suallarına cavab olaraq bildirib ki,  AŞPA-nın Azərbaycan nümayəndə heyətinə münasibəti  Ukraynaya münasibətdən fərlqidir.

Bu qurumun və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) aid olan qurumların siyasiləşdiyinə işarə edən Zaxarova deyib: “Qərbin mövqeyi ucbatından insan haqları ilə bağlı hər şey balanssızlaşıb. AŞPA-da ikili standartlar, müxtəlif dinlərin nümayəndələrinə qarşı təkəbbür və dözümsüzlük, xüsusilə də islamofobiyanın geniş vüsət aldığı sirr deyil. Bəli, mən əksəriyyəti xristian pravoslavlardan ibarət olan bir ölkəni təmsil edirəm. Amma indi AŞPA-dakı islamofobiyadan danışıram.  AŞPA-da islamofobiya görünməmiş səviyyəyə çatıb. Rəsmən əxlaq xarici bir hal alıb. . rəsmi əxlaqsızlığa çevrilir. Bu, şovinizmdir. Bütün bunlar Qərbin Avropa Şurasını ciddi institusional böhranın həddinə çatdıran fəaliyyətn ta özüdür ki, var.."

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR