Qəza törədən oğlunu xaricə qaçıran məşhur yazıçı ilə övladı axtarışa verildi - "Qorxdum ki, oğlumu döyərlər" - FOTO

img

06-03-2024 [13:59]


İstanbulun Eyüpsultan rayonunda lüks CİP-lə yolda xarab olan ATV-i və yanındakı 5 nəfəri vuran Timur C. və onun anası, məşhur yazıçı Eylem Tok barəsində həbs qərarı çıxarılıb. Onlar artıq axtarışa verilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, baş verən qəzada 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb. 

Hadisədən dərhal sonra yazıçı oğlu ilə birgə Misirə qaçıb.

Onların hava limanındakı qaçış fotoları yayıldıqdan sonra isə siyasi partiyalar da ayağa qalıb.

Bundan sonra isə yazıçı və oğlu haqda qiyabi həbs qərarı çıxarılaraq axtarış elanı verilib.

Baş verənlərdən sonra yazıçı bu gün sosial media hesabında izahat yayıb.

O bildirib ki, hadisə baş verəndən sonra oğlu qaçmayıb. Əkisinə, yaralılara yardım göstərib:  “Mən də anayam, məni anlayın, təslim olacağıq” deyən Tok üzrxahlığında bu ifadələrə yer verib: "Bu hadisələrə görə nə qədər təəssüfləndiyimi, nə qədər qorxduğumu və panikaya düşdüyümü bildirmək istərdim. Oğlumun həmin gün bizim xəbərimiz olmadan avtomobilimlə yola çıxmasına görə məsuliyyət daşıdığımı qəbul edirəm. Mən bir ana olaraq bu vəziyyətin baş verməməsi üçün bütün lazımi tədbirləri görməli idim. Amma hadisə haqda yazılanların hamısı da doğru deyil, oğlum hadisədən sonra qaçmayıb, əksinə, hadisə yerinə gələn insanlarla bərabər köməklik göstərib, təcili yardım da çağırıb, amma yalan danışa bilmirəm, bir ana olaraq oğlumu xaricə aparmaq istədim ki, birdən döyərlər, başına bir pislik gələr. Xaricə gedəndən sonra boşanmış olduğum oğlumun atası Bülentlə danışdıq, o, yaralıların qayğısına qalacaq".

Yazar daha sonra bildirb ki, xaricə gedəndə ölən olduğunu bilməyiblər: "Bunu öyrənəndə ə etsək də, bu ağrı sözlə ifadə olunmaz. Dərhal ailə ilə əlaqə saxlamağa çalışdıq. Timur isə hadisə baş verən andan hər gün “lütfən Türkiyəyə qayıdaq, nə cəzam varsa çəkim, bir ailəni məhv etdim” deyərək ağlayır. Onun heç vaxt burada qalmaq və ya bu ittihamlardan yayınmaq fikri olmayıb. Amma analıq instinkti var, məni də anlayın.

Çox üzr istəyirəm. Oradakı uşaqların hamısı bizim uşaqlarımızdır, qəzada ölən qardaşımızın ailəsi də bizim ailəmizdir. Qayıdıb doğru olanı edib ədalətə təslim olacağıq. Həm öz adımdan, həm də oğlumun adından bütün ictimaiyyətdən səmimi qəlbdən üzr istəyirəm”.

Xatırladaq ki, cümə günü saat 23.30 radələrində Mithatpaşa Mahallesi Davutpaşa küçəsində 3 ATV motosikleti ilə səyahətə çıxan 29 yaşlı Oğuz Murat Acı), 23 yaşlı Tahsin Arslan, 21 yaşlı Süleyman Arslan, 25 yaşlı Həsən Topal, 27 yaşlı İbrahim Gümüş xarab olan motosikletlərdən birinin ətraflnda toplanıblar. Bu zaman yazıçının oğlu onları vurub.

Ləman

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq