Samir Adıgözəlliyə hücum olub - İSBAM sədrinə ağır xəsarətlər yetiriblər

img

06-03-2024 [10:12]


İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlliyə İstanbulda naməlum şəxslər hücum edib.

Mia.az xəbər verir ki, bu barədə İSBAM-ın fəalı Sima Babayeva sosial media hesabında yazıb.

O bildirib ki, Samir Adıgözəlli hazrda Türkiyənin İstanbul şəhərindədir: "Bir müddət əvvəl işləri və İSBAM-ın fəalliyyəti ilə bağlı qardaş ölkəyə getmişdi. Bir neçə gün əvvəl naməlum şəxslər tərəfindən qəfil hücuma məruz qalıb. Ona müxtəlif bədən xəsarətləri yetirilib, kəllə-beyin travması alıb. Üzərindəki əşyalar, həmçinin mobil telefon sındırılıb, yararsız hala düşüb. Bu səbəbə görə Samir müəllim bir neçə gündür demək olar heç kimlə əlaqə saxlaya bilmir. Həkim nəzarətindədir...".

Sima Babayeva daha sonra şübhələr "yol xəritəsi" açıqlayıb və qeyd edib ki, İSBAM sədrinin özü səhhəti qaydaya düşən kimi, hadisə barədə  ətraflı məlumat verəcək.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR