Rusiyadan daha bir sensasion açıqlama: "Çinlə birgə Ayda nüvə enerji bloku tikəcəyik"

img

05-03-2024 [17:50]


Rusiya və Çin 2033-2035-ci illərdə Ayda nüvə enerji bloku yerləşdirməyi planlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sensasion məlumatı Rusiya Federal Kosmik Agentliyinin ("Roskosmos") rəhbəri Yuri Borisov açıqlayıb.

O, bu məqsədlə Moskvada keçirilən tədbirdə söz açıb. Bildirib ki, Çinlə Ayda birgə araşdırmalar üçün müqavilə imzalanıb.

Çinlə Ay üzərində araşdırmalarla bağlı mühüm bir layihə hazırladıqlarını qeyd edən Borisovun sözlərinə görə, çinli həmkarları ilə 2033-2035-ci illərdə Ay səthinə nüvə enerji blokunun çatdırılması və quraşdırılması layihəsini icra edəcəklər: "Biz bu qurğunu robot texnologiyalarından istifadə etməklə tikəcəyik".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR