Abşeronda “Şəfəq” adlı yeni qəsəbə yaradıldı

img

05-03-2024 [13:56]


Milli Məclis Abşerondakı yeni yaşayış məntəqəsinə qəsəbə statusunun verilməsi təklifini təsdiqləyib.

Mia.az xəbər verir ki, bununla bağlı “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsinə təklif edilən dəyişiklik parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, dəyişikliklə Abşeron rayonunun inzibati ərazisində salınmış “Şəfəq” adlı yeni yaşayış məntəqəsinə qəsəbə statusu verilir.

Layihə səsverməyə qoyularaq qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR