Türkiyədə yenə zəlzələ olub - Bu dəfə 4.9 bal gücündə

img

05-03-2024 [00:16]


Türkiyədə yenə zəlzələ olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, Bakı vaxtilə saat 22.38-də Çanaqqalanın Yenice rayonunda 4,9 bal gücündə zəlzələ baş verib.

Zəlzələ Çanaqqala ilə yanaşı, İstanbul, Bursa, Balıkəsir, Ədirnə və Tekirdağda da hiss olunub.

Daxili İşlər naziri Ali Yerlikaya isə bildirib ki, zəlzələ can və mal itkisinə səbəb verməyib.

Onu da qeyd edək ki, ötən gün Bakı vaxtı ilə saat 12.26-da da Kahramanmaraşın Elbistan rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.

Zülfiyyə

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR